Məhkəmə qərarları › İş №2(046)-1147/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1147/2020

03.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1147/2020 03.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydində adının Leyla əvəzinə Lalə kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən ərizənin qaytarılması barədə ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsinə dair mülki iş ərizəçinin nümayəndəsinin (vəkilinin) ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar