Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1157/2020 24.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iki ədəd toxunmuş xalçaya görə 6000 manatın və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahat verərək Göyçay Nar Zavodunun işçisi Vüqarın sifarişi ilə zavodun müdiri Cavabdeh iki ədəd xalça toxumuşdur. Buna görə də idia tələbinin təmin olunmasını xahiş etmişdir. Bundan başqa iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatları E-Məhkəmə sistemində aşkar edilməmişdir. Cavabdehin harada qeydiyyatda olduğu və yaşadığı barədə heç bir məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda mülki iş baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qeydiyyatda olduğu və ya yaşadığı yerin poçt ünvanını düzgün göstərmədiyinə görə hazırkı iddiaya baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1157/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1157/2020
24.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver