Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1157/2025 04.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçılar X2, X3 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X4, X5 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə DƏDRX Göyçay rayon şöbəsinin müdiri Ramil Əliyev və mühəndis Yaşar həmin əraziyə gələrkən onun bələdiyyə torpağını iddiaçıların mülkiyyətinədək, təkrar almaq niyyəti qərəzli əsassız sayılmasını, bununla razılaşmasa cavabdeh öz niyyəti bələdiyyəsinin olmasına dair mötəbər sübut məhkəməyə verməsini, cavabdeh faktı etiraf etsə də onun, bələdiyyəsi iddiaçıların mülkiyyətindədir fikrini məhkəmə həmin faktı qəbul etməməsini, Şəki Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli ekspertin bölgü sxemini əsas olaraq, 2(107)-212/2020 nömrəli qətnaməsində qiymətləndirilib, ekspertin bölgü sxemində 180 və 180 A torpaq sahəsindən cavabdehin 1/4 hissəsi- 45.25 m2 (181:0:4) bir hasar daxilində olan mülkiyyətinə birləşdirilib, müəyyən olunub məhkəmənin bölgü sxeminə uyğun DƏDRX-nin **********3- 10301 reystr nömrəli çıxarış və texniki pasportda onun 1/4 hissəsi onların 3/4 hissələrindən cizgilərlə ayrılıb verilməsi, cavabdehin bələdiyyə torpağının - 45, 25 m“ 1/4 hissəsinin öz mülkiyyətində sübutlara əsasən olması barədə və onun əsassız olması niyyətinə görə iddiaçıların % hissəsi mülkiyyətlərində olmamasına dair qətnamə çıxarılmasını, yaşadıqları evin köhnəlməyə məruz qalmasına, yaşamaq çox təhlükəli olduğundan məhkəmənin 05 avqust ekspert rəyinin bölgü sxeminə uyğun 07 dekabr 2020ci il tarixli smeta və hesab vərəqində naturada ayrılan və həmin ekspertin bölgü sxeminə uyğun **********03-10301 reyestr nömrəli çıxarış və texniki pasportda cizgilərlə ayrılan iddiaçıların öz 3/4 hissə torpaq paylarından satmağa notariusda heç vaxt razılıq verməyəcəyinin qarşısı alınsın ki, notariat ofisində öz 3/4 hissə torpaq paylarından satıb, dayanıqlı möhkəm bünövrəli ev almaq istədiyini, torpaq satanda payçı olan Qəhrəmanova Nərminə Ə.Q razılıq versin. Əgər razılıq verməzsədə, mötəbər sübut qoysun, möhkəm bünövrəli, dayanıqlı ev almaqdan ötrü məhkəmədə natariusda torpaq satmaqlarına razılıq verməsini, ARİHNFFNa-nın Dövlət Agentliyi 3-18-2/2-Q8528-42, xx.xx.2023, N:3-l8-38-xxxx/2023 15 yanvar 2024-cü il N:5-46-8/2-Q-295-151/2024 29 02.2024-cü il, N:5- 46-8(2-Q- 295-15) tarixli həmin qurumlardan verilən arayışlara əsasən bu hal öz təsdiqini tapıb, təsdiqlənir bunun nəticəsi olaraq, 1949-cu ildən torpaq kərpicdən inşa olunan evin bünövrəsi daş torpaq palçıqnan inşa olunduğundan sürüşmələr yaranıb, evdə çatlar var, uçmaq təhlükəsi olduğundan həmin yaşayış evinin sökülməsi üçün ekspertiza rəyi alınmasını, əgər Q.Nərminə razı olmazsa, onların təhlükəli uçmaq üzrə olan evlərinin 05 iyun 2023-cü il tarixli texpasportda cizgilərlə ayrılan 3/4 hissələrinin sökülməsi təmin olunmasını, cavabdehin yaşayış evinin 1/4 hissəsi çox cüzidir, yaşayış evi çox yararsız olduğundan onların məhkəmə işinin müddəti tezləşdirilməsinin, göstərilən oxşar eyni məqsədli tələblərə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçılar X2, X3 və İddiaçı3 iddia ərizəsində göstərdikləri tələb qeyri-müəyyəndir. Belə olan halda məhkəmə hesab edir ki, işə baxılması mümkün deyildir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, iddiaçılar X4, X5 və İddiaçı3 iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar qeyri müəyyən olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X2, X3 və İddiaçı3 Cavabdeh qarşı dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1157/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1157/2025
04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver