Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1158/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 və yetkinlik yaşına çatmayan X7 və X8 Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, X16, Cavabdeh, X6 və X4 xüsusi mülkiyyətində olan Göyçay rayon Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini ona satmışlar. Bu barədə xx.xx.2014-cü il tarixdə alğı- satqı müqaviləsi bağlanmış və Göyçay rayon Notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilə əsasında Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dölvət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən, Cavabdeh bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə mülkiyyətində olan evdən övladları X13 və X15 ilə birlikdə qeydiyyatdan çıxacaq. Lakin ötən bu müddət ərzində cavabdeh, eləcə də yetkinlik yaşma çatmayan övladları mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamış və nəticədə mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, hal-hazırda fərdi yaşayış evinin şəraitini yaxşılaşdırmaq məqsədilə sözügedən evi satmaq qərarına gəlmişdir. Notarius alğı-satqı müqaviləsini rəsmiləşdirərkən, cavabdehin evin satılmasına razılıq verməsinə dair ərizəsini tələb edir ki, cavabdeh də həmin evdə yaşamadığından həmin ərizəni ondan ala bilmir.Buna görə görə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X16, Cavabdeh, X6 və X4 mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********91 reyestr nömrəli çıxarışından görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, cavabdeh X1 rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda qalması İddiaçı mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evindən, Cavabdeh istifadə hüquqlarına xitam verilməsinə dair tələbi təmin edilsin. Bu qətnamə Cavabdeh və yetkinlik yaşına çatmayan X7 və X9 Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1158/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1158/2025
02.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver