Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-116/2025 25.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2152 manat zərərin, 500 manat mənəvi ziyanın, 40 manat evakuator xərcinin və 48 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu, Çayarxı kəndi ərazisində özünə məxsus olan bir baş iribuynuzlu inək heyvanını nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq mənə məxsus “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Avtomobilinin hadisə yerindən götürülməsi üçün evakuator xidmətinə 40 manat pul xərcləmiş, həmçinin həmin vaxt idarə etdiyi avtomobildə ailə, azyaşlı uşaqları olduğundan həyəcan keçirtmiş, sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Cavabdeh ziyanın ödənilməsindən boyun qaçırır, bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göyçay rayon Məhkəməsinin 3(046)-782/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Eyni zamanda, Göyçay rayon Məhkəməsinin 3(046)-782/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə nəticəsində “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobilə 2152 manat dəyərində maddi ziyan dəymiş, avtomobil bəzi ehtiyyat hissələri yararsız hala düşmüşdür. Hesab edirəm ki, həmin hədisə vaxtı idarə etdiyim avtomobildə ailəm, azyaşlı uşaqlarım olduğundan həyəcan keçirtmiş, sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 500 manat müəyyən edilməsi ağlabatandır. Lakin cavabdeh pulun ödənilməsində heç bir cəhd göstərmir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Nəqliyyat vasitəsinin istifadə edilməsi barədə 009360 nömrəli etibarnamənin surətindən görünür ki, “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 avtomobili İddiaçı etibar etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)-782/2024 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı oğlunun idarə etdiyi “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobilə 2152 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/376 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Volqa MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı, “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 1790 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Göyçay rayonu Çayarxı kəndi ərazisində özünə məxsus 01 baş iri buynuzlu heyvanı yolun kənarında nəzarətsiz buraxmış, nəticədə İddiaçı idarə etdiyi “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobillə heyvanı vurmuş və “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər dəymişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)-782/2024 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşin tam hərtərəfli və obyektiv öyrənilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus “VAZ 21074” minik markalı 90VR053 dövlət qeydiyyat nişanlı avtomobilə 1790 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 500 manat mənəvi ziyanın dəydiyinə, eləcə də 40 manat evakuatır xərcinin cavabdehdən tutularaq ona ödənilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olaraq ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun 37.9 manatı pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1790 manat məbləğində pul və 37.9 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1790 manat məbləğində pul və 37.9 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. İş üzrə ekspertiza xərci olan 50 manat iddiaçı Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-116/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-116/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver