Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1180/2021 26.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 823.70 manat maddi ziyan və 30 mnat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı MMC-nin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC iddia ərizəsinə əlavə etdiyi mədaxil qəbzindən görünür ki, İddiaçı MMC-nin Göyçay Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödəməli olduğu halda 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Dövlət X1 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinin iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı MMC-nın Cavabdeh qarşı əmlak və ya onların dəyərinin alınıb verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1180/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1180/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver