Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1233/2025 29.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 15000 manat pulun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonrada İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 12.000 manat pulun Cavabdeh1, 3.000 manat pulun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və 135 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 uzun müddətdir tanıyır, Cavabdeh1 2022-2023-cü illərin sonlarında müxtəlif vaxtlarda müraciət edərək aşağıdakı şəkildə ümumilikdə 15.000 manat məbləğində borc almışdır: 6000 manat - şəxsi ehtiyacları və mal-qara alveri məqsədilə pul şəklində borc verilmişdir. 4000 manat - hər birinin bazar dəyəri təxminən 2000 manat olan iki baş iri buynuzlu mal-qara borc olaraq verilmişdir. Təxminən 5000 manat dəyərində ərzaq və məişət mallarını onun şəxsi ticarət obyektimdən mal şəklində götürmüşdür. Ümumilikdə, cavabdeh 15.000 manatlıq borc öhdəliyi altına girmişdir. Bu borclarla bağlı dəfələrlə xatırlatmalar etməyimə baxmayaraq, cavabdeh öz öhdəliklərini icra etməmişdir. Göyçay Rayon Polis Şöbəsində cavabdeh 10.000 (on min) manat borcunun olduğunu özü izahatında etiraf etmişdir. Bu isə borc öhdəliyinin bir hissəsinin hüquqi təsdiqi kimi çıxış edir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıdan şəxsi ehtiyacları və mal-qara alveri məqsədi 6.000 manat borc almışdır. Bundan başqa, Cavabdeh1 iddiaçıdan hər birinin bazar dəyəri 2.000 manat olan iki baş iri buynuzlu mal-qaranı (cəmi 4.000 manat) nisyə almışdır. Həmçinin, cavabdeh Vüsal Milkayılov iddiaçıya məxsus mağazadan təxminən 5.000 manat təşkil edən ərzaq və məişət mallarını dəyərini sonradan ödəmək şərti ilə götürmüşdür. İddia ərizəsi tərtib edilərkən iddiaçı hüquqi cəhətdən savadı olmadığından borc məbləğinin strukturu və borc alan şəxslərin dairəsi barədə dəqiq məlumat göstərə bilməmişdir. İddiaçıya məxsus mağazadan nisyə olaraq götürülmüş ərzaq və məişət mallarının ümumi dəyəri 5.000 manat təşkil.edir Həmin borc məbləğinin 2.000 manatı Cavabdeh1 tərəfindən nisyə alınan mallara, 3.600 manatı isə hazırki iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən nisyə alınan mallara görə yaranmışdır. Bu fakt Cavabdeh2 Göyçay RPŞ Təhqiqat Bölməsində aparılan araşdırma zamanı verdiyi izahatla, eləcə də, 09 may 2025ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla təsdiq olunur. İddiaçı fəaliyyət göstərdiyi mağazadan 5.000 manat nisyə mal alındığını və pulun ödənilmədiyini həm iddia ərizəsində, həm polis şöbəsində verdiyi ifadəsində qeyd etsə də, lakin Cavabdeh2 təhqiqat zamanı izahatında onların iddiaçıya mağazadan alınan nisyə mallara görə ümumilikdə 5.600 manat borclarının olduğunu bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək iddiaçıya 12000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus mağazadan götürdüyü 3000 manat dəyərində malların dəyərindən 800 manat ödəniş etmiş, 2200 manat borcu qalmışdır. Qeyd edilən pulu iddiaçıya məxsus mağazada işləyən Fəxri adlı şəxsə vermişdir. İş üzrə Cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Cavabdeh1 tərəfindən Göyçay RPŞ-də verilmiş izahatdan görünür ki, Cavabdeh1 İddiaçı 10000 manat borclu olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, İddiaçı olan 10000 manat borcunu 2025-ci ilin avqust ayına qədər ödəyəcəyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi qərarda Cavabdeh2 tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı tanıyır. Onunla arasında düşmənçiliyi olmamışdır. İddiaçı onun barəsində xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinə yazdığı ərizə ilə tanış olmuşdur. Qardaşı Vüsal və atası Əkbər uzun müddətdir ki, Arazın mağazasından alver edirlər. Son zamanlar onların Araza ümumi olaraq 5600 manata yaxın pul borcları yaranmışdır. Həmin borcun 2000 (iki min) manatı qardaşı Vüsalındır, lakin qalan 3600 manat isə o və atası Əkbərə aiddir. Həmçinin sonuncu dəfə Arazın mağazasından 2 top sellofan da (klyonka) götürmüş, lakin pulunu ödəyə bilməmişdir. Həmin sellofanların pulu da o borcun içərisindədir. İmkanı olduqda, Arazın borcunu ödəyəcəkdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh1 İddiaçı 2023-cü ildə 1000 manat borc pul almışdır. Bundan başqa Cavabdeh1 İddiaçı məxsus mağazadan 2000 manat dəyərində nisyə mal almışdır. Lakin keçən müddət ərzində aldığı borcu və nisyə malın dəyərini iddiaçıya qaytarmamışdır. Bundan başqa digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus mağazadan 3600 manat dəyərində nisyə mal almış, həmin malın dəyərindən 600 manat ödəniş etmiş, 3000 manat borcları qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məxsus 12000 manat pul vəsaitinin Cavabdeh1, 3600 manat pul vəsaitinin isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyində olduğu müəyyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 12000 manat pul vəsaiti və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3600 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 12000 manat pul vəsaiti və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3600 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. 135 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1233/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1233/2025
29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver