Məhkəmə qərarları › İş №2(046)-1234/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1234/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1234/2024 25.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqress hüququ əsasında 310.49 ABŞ dolları pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 14 iyul 2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə borclu Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə 228,52 ABŞ dolları məbləğində kredit verilmişdir.14 iyul 2010-cü il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən borcun ödənilməsi barədə borclu Cavabdeh xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilməmişdir. Bu səbəbdən "xxxx" ASC ərizə ilə Göyçay rayon Məhkəməsinə ilə müraciət edərək, borcun tutulmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli № 2(046)-870/2018 nömrəli əmri ilə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyatda olan xx.xx.1964-cü ildə anadan olmuş Cavabdeh Əliağa oğlundan ondan ünvan 1 ünvanda yerləşən kreditor "xxxx" ASCnin xeyrinə 228,52 ABŞ dolları əsas borc, 9,36 ABŞ dolları faiz, 60,11 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz olmaqla cəmi 297, 99 ABŞ dolları kredit borcunun Azərbaycan manatı məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş rüsumun tutulması qeyd edilmişdir. Göyçay rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli № 2(046)-870/2018 nömrəli əmri icra olunması üçün müvafiq icra vərəqəsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.Buna baxmayaraq borcun ödənilməsi Cavabdeh tərəfindən tam təmin edilməmiş, borcun 310,49 (üç yüz on dollar qırx doqquz sent) ABŞ dolları pulu "xxxx" ASC-nin hesabına ödəmişdir. Bundan sonra icra vərəqəsi tam icra olunmuşdur.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göy Göyçay rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli № 2(046)-870/2018 saylı məhkəmə əmrindən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyatda olan xx.xx.1964-cü ildə anadan olmuş Cavabdeh Əliağa oğlundan və Göyçay şəhəri 58 saylı Peşə məktəbində qeydiyyatda olan 17.11,1967-ci ildə anadan olmuş İddiaçı ünvan 1 ünvanda yerləşən kreditor "xxxx" ASC-nin xeyrinə 228,52 ABŞ dolları əsas borc, 9,36 ABŞ dolları faiz, 60,11 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz olmaqla cəmi 297, 99 ABŞ dolları kredit borcunun Azərbaycan manatı məzənnəsi və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC -nin xeyrinə borclu İddiaçı tərəfindən zamin qismində 277 ABŞ dolları ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən 277 ABŞ dolları pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə "xxxx" ASC-nə ödənilmiş 277 ABŞ dolları pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 310.49 ABŞ dolları pulun alınaraq ona ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Dövlət X1 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Belə olan halda 277 ABŞ dolları pul üçün ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 277 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı ilə məzənnəsi alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 277 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı ilə məzənnəsi alınaraq İddiaçı ödənilsin. 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar