Məhkəmə qərarları › İş №2(046)-1239/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1239/2021

17.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1239/2021 17.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17.000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı un nümayəndəsi (vəkili) oğlunun nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı Cavabdeh 20.02.2020-ci il tarixdə 17.000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu 2 ay ərzində tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdeh Ağstafa rayon Notariat ofisində ərizə ilə müraciət edərək iddiaçıya 17.000 manat borc aldığını və həmin pulu 2 ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 6000 manat borc almış, iş yoldaşlarına vermişdir. Cavabdeh ilə aralarında olan razılığa əsasən hər ay borcdan 200 manat digər iş yoldaşları ilə birlikdə qaytarmaqları barədə razılaşmışlar. İddiaçı 6000 manat pulun qarşılığında onunla 17.000 manat borclu olmağı barədə müqaqilə bağlamışdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 10.06.2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh Fəxrəddin oğlu İddiaçı 17.000 manat borc almışdır. Həmin pulu 5 ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş 20.02.2020-ci il tarixli Cavabdeh Fəxrəddin oğlu tərəfindən Ağstafa rayon Notariat ofisinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh Fəxrəddin oğlu İddiaçı 17.000 manat borc pul aldığını etiraf etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 2020-ci ildən 17.000 manat borc vermiş, cavabdeh həmin pulu qaytaracağını öhdəsinə götürsə də bu günədək qaytarmamışdır. İddiaçı məxsus 17.000 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17.000 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar