Məhkəmə qərarları › İş №2(046)-124/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-124/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-124/2020 13.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, maddi zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2063 manat və Cavabdeh2 4540 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmə baxışı zamanı müqavilələrə atılmış imzaların cavabdehlər tərəfindən icra edilmədiyi müəyyən edildiyindən iddia tələbindən imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərmişlər ki, iddia ərizəsində qeyd edilən müqavilələrə imza etməmişlər. Buna görə də mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/240 saylı ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə “İMZALAR” qrafasında “2” rəqəminin qarşısında imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini qəbul etməklə işin icraatına xitam verməsini tərəflərin mənafeyinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 2063 manat və Cavabdeh2 4540 manat tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar