Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1309/2024 24.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh çəkisi 8,32 qramlıq 585 əyyarlı qızıl qolbaq, çəkisi 8,05 qramlıq 585 əyyarlı qızıl qolbaq, çəkisi 3,6 qramlıq 583 əyyərlı “Çayka” markalı qadın qol saatı, çəkisi 5,03 qramlıq 583 əyyarlı üzük, həmin əmlaklar olmadığı təqdirdə əmlakların dəyəri kimi 2700 manat məbləğində pulun, iddianı qaldırmağa ödədiyi 47 manat dövlət rüsumunun və hüquqi yardım almağına görə ödədiyi 320 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X2 2022-ci ilin oktyabr ayında işlədiyi Sumqayıt Ticarət Mərkəzinin qızıl satışı şöbəsində ondan 1 ay müddətində pulunu ödəmək şərti ilə müxtəlif çeşidli qızıl ziynət əşları istəmişdir. Onu tanıdığından və ona inandığından hazırki dəyəri ümumilikdə 2700 manat olmaqla aşağıda göstərilən çeşiddə, çəkidə və əyyarlıqda qızıl ziynət əşyalarını aldı: Türkiyə istehsalı olan 585 əyyarlı bir ədəd 8,32 qram çəkidə 915 manat və bir ədəd 8,05 qram çəkidə 885 manat dəyərində qolbaq, 583 əyyarlı Rusiya istehsalı olan 345 manat dəyərində, 3,6 qram çəkidə “Çayka” markalı qadın qol saatı, 583 əyyarlı, 5,03 qram çəkidə bir ədəd 555 manat dəyərində bu barədə qeydiyyat jurnalında müvafiq qeydlər etmişdir. Dediyi müddət keçdi, lakin pulu gətirib vermədi. Müxtəlif bəhanələr gətirməklə möhlət istəməklə vaxtı uzatsa da götürdüyü qızıl əşyaları, nə də pulunu qaytarmadı. Hazırda pulu qaytarmaqdan imtina etdi. X3 cavabdeh X1 ondan qızıl əşyalarını götürməsinə şahid olmuşdur, bunu təsdiq edə bilər. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi,izahat verərək bildirdi ki,Cavabdeh əvvəllər ondan 1-2 dəfə qızıl əşyalarını almışdır.Onu tanıdığına görə 2022-ci ilin oktyabr ayında işlədiyi Sumqayıt Ticarət Mərkəzinə gəlib bu dəfə nisyə alqı-satqı etmək istədiyini bildirmişdir.Onu tanıdığına və əvvəllər ondan qızıl aldığına görə qızıl əşyaların nisyə alqısatqısına razılaşmışdır.Ona görə də ona 4 adda qızıl əşyalarını nisyə satmışdır.Qızıl əşyalarının adlarını qeydiyyat kitabında qeyd etmiş,həmçinin cavabdehin şəxsiyyət vəsiqəsnin surətini də almışdır.Aralarında olan razılaşmaya görə malların dəyərini 1 ay ərzində ödəməli idi.Lakin həmin vaxt keçəndən sonra dəfələrlə ona müraciət olunsa da,cavabdeh aldığı qızılların pulunu verməmişdir.İddia ərizəsində satdığı qızılların hazırki qiymətlərini göstərmişdir.Bu da cəm şkildə 2700 manat təşkil edir.İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 göstərdi ki, uzun illərdir İddiaçı tanıyır,onun iş yoldaşıdır. Cavabdeh əvvəllər İddiaçı qızıl almasını dəfələrlə görmüşdür. Sonuncu dəfə 2022-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh işlədiyi Sumqayıt Ticarət Mərkəzinə gələrək 1 ay müddətinə malın dəyərini ödəmək şərti ilə İddiaçı qızıl-zinət əşyaları götürdü və pulu vaxtında verəcəyinə söz verdi. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh İddiaçı aldığı qızıl-zinət əşyalarının pulunu ödəməmişdir. İş üzrə iddiaçının,nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Cavabdeh xx.xx.1976cı ildə anadan olmuşdur. İşə əlavə edilmiş dəftər vərəqəsində olan yazının surətindən görünür ki,Tahirə (Bakı) №349-Qolbağ 8,32-700,№1708 Qolbağ 8,05-680,№saat 3,6 340,№712 üzük 470 yazıları qeyd edilmişdir. İşə əlavə edilmş MPAY ödəniş terminalından olan ödəniş qəbzinin surətindən görünür ki,Sumqayıt şəhər 1 aylı vəkil bürosunun hesabına 482№-li müqavilə üzrə 320 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki,xx.xx.1976-cı ildə Xankəndi şəhərində anadan olmuş Cavabdeh Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh 2022-ci ilin oktyabr ayında bir ay müddətində ödəmək şərtilə dəyəri 700 manat olan 8,32 qram çəkidə 585 əyyarlı 1 ədəd qızıl qolbaq, dəyəri 680 manat olan 8,05 qram çəkidə 585 əyyarlı 1 ədəd qolbaq,dəyəri 340 manat olan 3,6 qram çəkidə 583 əyarlı qızıl qol saatı,dəyəri 470 manat olan 583 əyyarlı 1 ədəd qızıl üzük əşyalarını nisyə satmışdır. Cavabdeh aldığı qızıl əşyalarının dəyərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında qızıl-zinət əşyaların satılması ilə bağlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, qızıl-zinət əşyalarını təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində qızıl-zinət əşyalarının dəyərini tam ödəməmişdir.Məhkəmə hesab edir ki,hazırki iddia öhdəlik-hüquqi iddia olduğundan satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün iki hüquqi müdafiə üsulundan birini seçə bilər: ya verilmiş əşyanın ödənilməsini, ya da ki, ödənilməmiş malın qaytarılmasını.İddiaçı iddiasında hər iki hüquqi müdafiə üsulunu seçməsinə baxmayaraq ,məhkəmə qeyd edir ki,əşyanın dəyərinin ödənilməsi üsulunun tətbiq edilməsi digər üsulun tətbiq edilməsini aradan qaldırır.Ona görə də Cavabdeh satılmış malın dəyərinin ödənilməsi tələbi təmin edilməlidir.Satılmış malın dəyəri isə məhkəmə hesab edir ki,əşyaların nisyə satışı günü qüvvədə olan qiymətlərlə həyata keçirilməlidir.Belə ki,bu qiymətlərin sonradan dəyişməsi bir qayda olaraq yenidən hesablanmaya səbəb olmur,əgər tərəflər arasında alqı-satqı müqaviləsində başqa qayda nəzərdə tutulmamışdır.İş üzrə tədqiq edilmiş sübutlardan isə belə bir qayda barədə razılaşmanın olması müəyyən edilməmişdir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh qızıl-zinət əşyaların satışı ilə əlaqədar ödənilməmiş 2190 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddianın 81 faizi təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərclərinin 81 faizi cavabdehə aid edilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumundan və vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manatdan ibarətdir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun 38 manat hissəsi,habelə vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun 260 manat hissəsi alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2190 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 81 faizi cavabdehə aid edilsin. Cavabdeh 38 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh vəkilin göstərdiyi hüquqi yardıma görə 260 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1309/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1309/2024
24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver