Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1330/2024 25.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqress hüququ əsasında 668 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddianı tələbi belə əsaslandırmışdır ki, 27 oktyabr 2016-ci il tarixli kredit müqaviləsinə əsasən bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh 34 ay müddətinə 1722 manat məbləğində kredit verilmişdir. Onunla "xxxx" MMC arasında bağlanmış 27 oktyabr 2016-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərimə götürmüşdür. Göyçay rayon məhkəməsinin 2(046)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan və cavabdehdən müştərək qaydada 638 manat pulun tutlaraq ""xxxx" MMC xeyrinə ödənilməsinə qət edilmişdir. Cavabdeh əvəzinə 2024-cü ilin may ayının 29 pensiyasından 200 manat tutularaq "xxxx" MMC hesabına ödənilmişdir. Kredit üzrə qalan 468 manatı MPAY terminalı vasitəsi ilə öz vəsaiti hesabına Cavabdeh əvəzinə "xxxx" MMC hesabına ödəmiş, lakin onun əvəzinə ödədiyi 668 manat məbləği cavabdehdən geri ala bilməmişdir.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh ərizə ilə məhkəmə müraciət edərək göstərmişdir ki, iddiaçıya 668 manat borcu vardır. Olan borcunu iddiaçıya ödəyəcəkdir. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqından qərardan görünür ki, görünür ki, Göyçay rayon məhkəməsinin 2(046)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 638 manat borc "xxxx" MMC-nin xeyrinə ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı pensiyasından "xxxx" MMC-nin hesabına 200 manat pul vəsaiti tutulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 468 manat vəsait ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-nə olan kredit borcundan İddiaçı tərəfindən 668 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə "xxxx" MMC-nə ödənilmiş 668 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Dövlət X1 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Belə olan halda 668 manat pul üçün ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 668 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 668 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1330/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1330/2024
25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver