Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1350/2021 15.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.000 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı 2019-cu ildə Cavabdehla tanış olmuş, cavabdeh ona rayonda yaxşı əlaqələrinin olduğunu, maddi dəstək göstərəcəyi halda iş qurub qazanc əldə edə biləcəyini, əldə etdiyi qazancın yarısını ona verəcəyini bildirmişdir. Cavabdehlə razılaşmış, Cavabdeh 20000 ABŞ dolları pul vermiş, cavabdeh həmin pulu 2021-ci ilin may ayının 1dək qaytaracağını bildirmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh 20.000 ABŞ dollarını vermişdir. Cavabdehə pulu verdikdən sonra təyinatı üzrə xərcləyibxərcləməməsini aydınlaşdırdıqda cavabdehin vəd verdiyi kimi heç bir iş qurmadığını müəyyən etmişdir. Bundan sonra cavabdehlə görüşüb bu barədə soruşmuş, cavabdeh müxtəlif vədlər verərək, qısa müddət ərzində fəaliyyətə başalayacağını, söz verdiyi vaxtda borc aldığı pulu iddiaçıya qaytaracağını bildirmişdir. Cavabdeh sadə yazılı formada qəbz yazaraq, ondan 20000 ABŞ dolları borc aldığını, borcu 2021-ci ilin may ayının birinə qədər qaytaracağını bildirmişdir. Lakin cavabdeh vəd verdiyi vaxtda borc aldığı pulu qaytarmamış, götürdüyü öhdəliyi pozmuşdur. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı ilə 2019-cu il tarixdə tanış olmuş, ondan biznes qurmaq üçün 20.000 ABŞ dolları borc almışdır. Lakin pandemiya ilə əlaqədar, iş qura bilməmiş, heç bir qazanc əldə etməmişdir. İddiaçıya olan borcunu qaytaracaqdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 05.02.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15.05.2019-cu il tarixdə 20.000 ABŞ dolları pul aldığını və həmin pulu 01.05.2021ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 15.05.2019-cu il tarixdə 20.000 ABŞ dolları borc vermiş, cavabdeh həmin pulu 01.05.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürsə də bu günədək qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 20.000 ABŞ dolları pul alınaraq İddiaçı verilməlidir. İddiaçı məxsus 20.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdehnın qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.000 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 20.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1350/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1350/2021
15.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver