Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1357/2024 20.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq əmək haqqısından "xxxx" ASC-nin xeyrinə tutulmuş 1460.20 manat məbləğində pulun, Göyçay rayon icra və probasiya şöbəsinin depozidinə ödənilmiş 102.40 manat məbləğində pulun və 37 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh zamin durmuşdur. Cavabdeh öhdəliklərini icra etmədiyindən bank idda ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay rayon məhkəməsinin e-2(046)-2257/2021 saylı, xx.xx.2021-ci il tarixli qətanaməsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 2861.75 manat əsas borc, 15.65 manat faiz borcu olmaqla, cəmi 2877.40 manat kredit borcu və 49 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə İcra edilməsi üçün İcra şöbəsinə yönəldilmiş, Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Buna görə də 1460.20 manat kredit borcu aylıq əmək haqqımdan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. 102.40 manat məbləğində vəsait isə Göyçay rayon icra və probasiya şöbəsinin depozitinə ödənilmişdir. Bundan sonra dəfələrlə cavabdehə əvəzinə ödədiyi kredit borcunu qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə sənədlərdən görünür ki: Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% olmaqla, 2861.75 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər X2 və İddiaçı ilə kreditor arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün öhdəlik götürmüşdür. Öhdəliyin icrasının təmini kimi də X2 və İddiaçı ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 2861.75 manat əsas borc, 15.65 manat faiz borcu olmaqla cəmi 2877.40 manat kredit borcu və 49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 2861.75 manat əsas borc, 15.65 manat faiz borcu olmaqla cəmi 2877.40 manat kredit borcu və 49 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Göyçay rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(046)- 2257/2021 nömrəli əmri və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Rayon icra və Probasiya şöbəsinin 17 mart 2022-ci il tarixli, 2(046)-2257/2021 saylı məktubuna əsasən 1460.20 manat məbləğində vəsait əmək haqqından tutularaq "xxxx"- ASC-nə kredit borcu şəklində ödənilmiş, 102.40 manat məbləğində vəsait isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Göyçay Rayon İcra və Probasiya şöbəsinin depozid hesabına ödənilmişdir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən zamin qismində xx.xx.2019-cu il tarixli, kredit və zaminlik müqavilələri üzrə yaranmış öhdəliyin icrası üçün 1460.20 manat məbləğində pulun, həmçinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra İcra mərhələsində Göyçay rayon icra və probasiya şöbəsinin depozidinə ödənilmiş 102.40 manat məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan, İddiaçı cavabdehdən pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1460.20 manat və Göyçay rayon İcra və Probasiya şöbəsinin depozidinə ödənilmiş 102.40 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 37 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1460.20 manat və Göyçay rayon İcra və Probasiya şöbəsinin depozidinə ödənilmiş 102.40 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1357/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1357/2024
20.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver