Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1358/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, İddiaçı Cavabdeh istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xüsusi mülkiyyətində olan Göyçay şəhəri Z.Tağıyev küçəsi 135 saylı mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində Cavabdeh onun qızı olmasını bildirməsinə baxmayaraq, cavabdehin doğum haqqında şəhadətnaməsini iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa cavabdehin elektron poçt ünvanını, mobil nömrəsini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı oğlu tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçılar İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1358/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1358/2024
02.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver