Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-137/2024 16.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, uzun müddət tanıdığı Cavabdeh 2022ci ilin aprel ayında ondan xahiş etmişdir ki, Gəncə şəhərində yerləşən sintezatorların satış mağazısında işləyən tanışı Gəraydan onun üçün sintezator alsın. Sonuncunun xahişini nəzərə alaraq onunla birlikdə Gəncə şəhərinə getmişdir. Mağazanın satıcısı Gəraydan xahiş etmişdir ki, cavabdehə hissə-hissə ödəmək şərti ilə sintezator satsın. Cavabdehlə mağazanın satıcısı Gərayın arasında olan razılaşmaya əsasən qiyməti 2.700 (iki min yeddi yüz) manat olan sintezatorun dəyərini 2 ay müddətində ödəyəcəkdir. Mağazada cavabdeh ilkin olaraq 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Qalan borcdan razılaşdırılmış müddətdə ödəniş etmədiyindən o, qalan 2400 manat pulu özü ödəmək məcburiyyətində qalmışdır. Maddi vəziyyəti yaxşı olmadığına görə əlavə olaraq lombarda qızıl-zinət əşyalarını girov qoyaraq övladı X2 adına 1200 ( min iki yüz) manat pul götürərək Cavabdeh əvəzinə mağazaya ödəmişdir. Bir il altı aya yaxındır ki, cavabdeh 2.400 manat pulu ona qaytarması ilə bağlı söz versə də hər dəfə yalan vədlər verərək pulu qaytarmamışdır. Bununla bağlı Göyçay şəhər Polis Şöbəsinə müraciət etmiş, orada ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 göstərdi ki, o, Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan arvadı X3 məxsus mağazada işləyir. İddiaçı ilə münasibətləri yaxşı olduğundan, iddiaçı ona müraciət edərək, tanışı Cavabdeh sintizatoru nisyə satmasını xahiş etmişdir. O, həmin vaxt İddiaçıla razılaşmış və sintizatoru Cavabdeh satmışdır. Cavabdeh 2700 manat dəyərində olan sintezatorun qiymətindən 300 manat ödəmiş, qalan 2400 manat pulu isə 02 ay müddətində ödəyəcəyinə dair razılaşmışdırlar. Lakin cavabdeh qeyd olunan müddətdə sintezatorun pulunu ödəməmiş və o, İddiaçı sintezatorun qalan pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh ödəniş etmədiyindən sintezatorun qiymətindən qalan 2400 manat məbləğində pulu İddiaçı ödəmişdir. İş materiallarından görünür ki: Göyçay Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-76/-5414/2024 saylı məktubuna əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin müraciətdə Cavabdeh ona 2400 manat borcu olmasını, dəfələrlə müraciət etməsinə baxmayaraq borcu qaytarmadığını və bununla bağlı köməklik edilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh izahat verməkdən imtina edərək, İddiaçı borcu olmadığını, barəsində verilən şikayətin əsassız olduğunu bildirmişdir. ********** saylı X7 X1 əsasən X5 fərdi sahibkar kimi qeydiyyatdadır. Nikahın bağlanması haqqında 377256 saylı şəhadətnamənin surətinə əsasən X6 ilə X5 rəsmi nikahdadır. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması tlə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 243.1-ci maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 244-cü cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçını və şahidi dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh musiqiçidirlər və uzun müddətdir ki, bir birlərini tanıyırlar. Bununla belə uzunmüddətli tanışlıq zəminində yaranmış etibar əsasında iddiaçı cavabdehin xahişi ilə ona sintezatorun nisyə satışını təşkil etmişdir. Lakin cavabdeh razılaşdırılmış qaydada üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və onun əvəzinə həmin borcu iddiaçı ödəmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, nə iddia tələbini, nə də tələb edilən məbləği mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2400 manat pul alınaraq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 44 (qırx dörd) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. X4 qiyabi qətnamənin ləğvi üçün 10 gün müddətində məhkəməyə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-137/2024
Göyçay Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(046)-137/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver