Məhkəmə qərarları › İş №2(046)-1371/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1371/2022

01.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1371/2022 01.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzil xüsusi mülkiyyətindədir. Mənzilin təmiri ilə əlaqədar bacısının yoldaşının dostu olan Cavabdeh ilə 8000 manata razılaşmış, həmin pulu Tərlana vermişdir. Pulun müqabilində Tərlan mənzili tam təmir edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh evi tam təmirili şəkildə ona təhvil verməmiş, gördüyü işləri keyfiyyətsiz yerinə yetirmişdir. Bununla bağlı dəfələrlə onunla əlaqə saxlayıb yarımçıq qalan işini icra etməyini xahiş etsə də cavabdeh müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz: İddiaçı məxsus mənzili tam təmiri üçün 2020-ci sentyabr ayında mənzilin tavan və divarlarına astar və üz örtük çəkilməsi, oboy, rənglənmə və s. bu kimi işlərini görmək üçün 8000 manata razılığa gəlmişdir. Həmin mənzildə evin təmiri üçün onunla bərabər usta və fəhlə kimi çalışan - Məmməd Abbasov, Firuddin Vahabov, Mirzə İsmayılov və Səlim Bayramov işləmişdir. 2020-ci ilin sentyabr-dekabr aylarında 3 ay ərzində iddiaçı G. Ataşovaya məxsus mənzili tam keyfiyyətli şəkildə işləyib təmir edərək ona təhvil vermişlər. İddiaçı mənzilin təmirindən razı qalmış və buna görə də iş bitdikdən sonra mənzili onlardan təhvil almışdır. Cavabdeh iddia tələbində göstərdiyi 8000 manat pulu indiyədək tam olaraq ona ödəməyib. Onun xidmət haqqı olaraq indiyədək ödədiyi 4500 manatdır. Əlavə borclu qaldığı 3500 məbləği isə hər dəfə ondan istəyəndə evin təmirində guya hansısa qüsurun olduğunu ona bildirməklə həmin qüsurun aradan qaldırılmasını tələb edir. iddiaçının 2021-ci il tarixdə 3 dəfə evinə gedərək onun tavanında olan kiçik xərcli gözəçarpacaq qüsurları aradan qaldırmışlar.. Buna baxmayaraq onlara borclu qaldığı 3500 manat məbləğində pulu ödəyəcəyini vəd etsə də sonradan, müxtəlif bəhanələr gətirməklə həmin pulu ona ödəməkdən yayınmışdır. 1 il 6 ay əvvəl təhvil verdikləri mənzilin təmirində hər hansısa qüsur olmamış, iddiaçının qeyd etdiyi tavanda olan bəzi qüsurlar isə onun istəyi ilə aradan qaldırlımışdır. Bu kimi hallara görə əsassız və sübutsuz iddialar irəli sürmək, hətta tam məbləğdə ödəmədiyi xidmət haqqının yarısını əsassız olaraq geri istəmək olduqca ədalətsiz və qərəzli hərəkətlərdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mənzilin təmiri üçün X4 ilə podrat müqaviləsi bağlasa da, mənzilində təmir işlərini Cavabdeh, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid və digər fəhlə ustalar aparmışdır. İddia ərizəsində qeyd etdiyi xüsusatlara əsasən hesab edir ki, iddiası əsaslıdır və təmin edilməsini xahiş edir. Mənzildə aparılan təmir işlərinin keyfiyyətinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə lüzum görmür. Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, qardaşı Tərlan və digər usta və fəhlələr iddiaçıya məxsus mənzildə təmir tikinti işləri aparmışlar. Təmir tikinti işlərinin aparılması ilə əlaqədar iddiaçı ilə 8000 manata razılaşmışlar. Mənzil tam təmir edildikdən sonra iddiaçı razılaşdıqları 8000 manat pulun 4.500 manatını vermiş, 3.500 manat borclu qalmışdır. Mənzil cavabdeh tərəfindən tam təmir edilmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməsini xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid göstərmişdir ki, iddiaçıya məxsus mənzildə Cavabdeh ilə birlikdə təmir işləri görmüşdür. Həmin təmir işlərinin görülməsi ilə əlaqədar Günəşxanım ilə 8000 manata razılaşmışlar. Mənzil təmir edilərkən iddiaçı həmin puldan 4.500 manatını vermiş, 3.500 manat borcu qalmışdır. Mənzili tam təmir etdikdən sonra iddiaçı qalan borcunu hər ay 500 manat ödəməklə qaytaracağını bildirsə də, bu günədək borcunu qaytarmışdır. İddiaçıya qalan pulu ödəməsini tələb etsələr də iddiaçı pulu qaytarmaqdan imtina etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli mənzil tikintisi haqqında Laura firması ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzilin tikintisi ilə əlaqədar müqavilə bağlamışlar. Məhkəməyə təqdim edilmiş Laura firması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş Öhdəlik Müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə təmiz işləri aparılması ilə əlaqədar X4 ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmış, işlərin görülməsi üçün İddiaçı X3 1000 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. X4 03 ay ərzində həmin mənzildə təmir-tikinti işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə təmir işlərinin aparılması məqsədi ilə xx.xx.2021-ci tarixdə iş üzrə tərəf olmayan X4 ilə notarial qaydada podrat müqaviləsi bağlamış, lakin Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən 8000 manat pul müqabilində razılaşmaqla Tərlan iddiaçıya məxsus mənzildə təmir tikinti işləri aparmışdır. İddiaçı özünə məxsus mənzildə aparılmış təmir işlərinin keyfiyyətsiz yerinə yetirildiyini iddia edərək, ona ziyan vurulduğunu əsas gətirərək cavabdehə ödədiyi 8000 manat pulun, 4000 manatını geri tələb edir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından və şahid izahatından müəyyən edilmişdir ki, İddiaçı sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə Cavabdeh, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid və digər usta fəhlələr 8000 manat pul müqabilində təmir işləri aparmışlar. Aparılmış təmir işlərinə görə İddiaçı 8000 manat puldan cavabdehə və digər şəxslərə 4500 manatını ödəmiş, qalan 3500 manatı hər ay 500 manat ödəyərək qaytarmaqla razılaşmışdır. Daha sonra İddiaçı cavabdehə və digər şəxslərə borclu qaldığı 3500 manat pulu qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə baxışı zamanı iş üzrə tərəf olmayan X2 cavabdeh kimi cəlb edilməsi İddiaçı təklif edilmiş, İddiaçı Anar Əliyevin cavabdeh kimi cəlb edilməsinə və mənzildə aparılmış təmir işlərinin keyfiyyətinin yoxlanılması üçün ekspertizanın keçirilməsinə zərurət olmadığını bildirmişdir. Eləcə də məhkəmə baxışı zamanı İddiaçı sahibliyində olan mənzildə aparılmış təmir işlərinə görə Cavabdeh və onunla birlikdə usta kimi çalışmış digər şəxslərə 8000 manat pul ödədəyinə və mənzildə Cavabdeh tərəfindən keyfiyyətsiz təmir işlərinin aparılmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də hesab edir ki, İddiaçı Cavabdeh mənzilin təmiri ilə əlaqədar ziyana görə pul tələbi tam əsassızdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 60 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 4000 manat pulun tutulması barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216,220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh 4000 manat pulun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar