Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1388/2021 09.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində 09 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7300 manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək edərək göstərmişdir ki, Cavabdeh 2017-ci ilin iyul ayında ondan ehtiyacı olduğuna görə bir-iki aya qaytarmaq şərti ilə 3500 manat borc pul istəmiş, Ürfanın atası ilə yaxın münasibətdə olduğundan və qonşu olduğunu nəzərə alaraq, iki aya qaytarmaq şərti ilə 3500 manat borc pul vermişdir. Cavabdeh ay yarım sonra ondan maşın alış-verişi etdiyinə və əlinə yaxşı sərfəli qiymətə maşın düşdüyündən təcili olaraq bir həftəyə qaytarmaq şərti ilə 2500 manat borc pul istəmiş, Ürfanın səmimiyyətinə inanıb 2500 manat borc pul vermişdir. 2017-ci ilin dekabrında Ürfan oğlu Ülvidən daha 1300 manat borc pul istəmiş, oğlu Ürfana 1300 manat pul verməyini, tezliklə qaytaracağını bildirmişdir. Cavabdehə daha 1300 manat borc pul vermişdir. Dəfələrlə cavabdehdən ona olan 7300 manat pulunu geri qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona olan 7300 manat borcunu qaytarmamışdır. Bu barədə Göyçay rayon Polis şöbəsinə rəsmi müraciət etmiş, Cavabdeh polis şöbəsində izahat verərək borcu olduğunu etiraf etmişdir. Buna görə də cavabdehdən 7300 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göyçay rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş, İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, Cavabdeh 30.04.2021-ci il tarixdə Göyçay rayon Polis şöbəsində izahat verərək İddiaçı 7300 manat borc pul aldığını və həmin pulu qaytarmadığını etiraf etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı Cavabdeh 2017-ci ilin iyul ayında 3500 manat, avqust ayında 2500 manat və dekabr ayında 1300 manat borc pul vermiş, cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 7300 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı məxsus 7300 manat məbləğində pul vəsaiti Cavabdehun qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7300 manat borc pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7300 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(046)-1388/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1388/2021
09.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver