Məhkəmə qərarları › İş №2(046)-1389/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1389/2021

10.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1389/2021 10.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 3033.50 manat pulun, 400 manat hüquqi yardım üçün ödənilmiş pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, tanışı X4 vasitəsi ilə Cavabdeh tanımış, Cavabdeh ondan iş görülməsi üçün borc pul istəmiş və ondan 2019-cu ilin yanvar ayının 31-də 195 manat, mart ayının 29-da 198,50 manat, mart ayının 30-da 242 manat, aprel ayının 17-də 212 manat, may ayının 01-də 348 manat, may ayının 29-da 77 manat, may ayının 31-də 97 manat, iyun ayının 14-də 195 manat, iyun ayının 15-də 195 manat, iyun ayının 22-də 262 manat, iyun ayının 29-da 195 manat, iyul ayının 03-də 38 manat, iyul ayının 18-də 145 manat, sentyabr ayının 01-də 97 manat, sentyabr ayının 13-də 392 manat, sentyabr ayının 15-də 97 manat, sentyabr ayının 30-də 48 manat, cəmi 3033,50 manat borc pul vermişdir. Həmin pulları poçt və bank vasitəsi ilə cavabdehə göndərmişdir. Bütün bunlardan sonra Cavabdeh borc verdiyi pulu geri tələb etsə də, cavabdeh həmin pulu geri qaytarmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş pul köçürməsinin göndərilməsinə dair 29.03.2019-cu il və 01.05.2019-cu il tarixli qəbzlərdən görünür ki, İddiaçı adından cavabdeh X3 546.5 manat pul göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Azərpoçt MMC-nin X7 tərəfindən verilmiş 16.05.2021-ci il tarixli çıxarışdan görünür ki, 2019-cu ilin yanvar ayının 31-də 195 manat, mart ayının 30da 242 manat, aprel ayının 17-də 212 manat, may ayının 29-da 77 manat, may ayının 31də 97 manat, iyun ayının 14-də 195 manat, iyun ayının 15-də 195 manat, iyun ayının 22də 262 manat, iyun ayının 29-da 195 manat, iyul ayının 03-də 38 manat, iyul ayının 18-də 145 manat, sentyabr ayının 01-də 97 manat, sentyabr ayının 13-də 392 manat, sentyabr ayının 15-də 97 manat, sentyabr ayının 30-də 48 manat, cəmi 3033,50 manat İddiaçı adından cavabdeh X3 göndərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı cavabdeh X3 2019-cu ilin yanvar ayının 31-də 195 manat, mart ayının 29-da 198,50 manat, mart ayının 30-da 242 manat, aprel ayının 17-də 212 manat, may ayının 01-də 348 manat, may ayının 29-da 77 manat, may ayının 31-də 97 manat, iyun ayının 14-də 195 manat, iyun ayının 15-də 195 manat, iyun ayının 22-də 262 manat, iyun ayının 29-da 195 manat, iyul ayının 03-də 38 manat, iyul ayının 18-də 145 manat, sentyabr ayının 01-də 97 manat, sentyabr ayının 13-də 392 manat, sentyabr ayının 15-də 97 manat, sentyabr ayının 30-də 48 manat, cəmi 3033,50 manat borc vermiş, cavabdeh həmin pulu qaytaracağını öhdəsinə götürsə də bu günədək qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh X1 3033.50 manat pul alınaraq İddiaçı verilməlidir. İddiaçı məxsus 3033.50 manat məbləğində pul vəsaiti cavabdeh X2 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəməyə təqdim edilmiş RabitəBank ASC tərəfindən verilmiş 03.06.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Şirvan Regional vəkil bürosuna 400 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul və hüquqi yardıma görə 400 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 3033.50 manat, hüquqi yardıma görə 400 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 3033.50 manat, hüquqi yardıma görə 400 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar