Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-141/2022 21.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, (vəkili) Vəkil iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19.568 manat pulun ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Bakı şəhərində qohumu Fərzəliyeva Dilşadın vasitəsi ilə tanımışdır. Cavabdeh ona bizneslə məşğul olduğunu və nağd şəkildə mallar alaraq üstünə 24 faiz qoymaqla malları satıb xeyir götürdüyünü də bildirmişdir. Buna görə də ondan borc pul istəmiş, cavabdehə müxtəlif vaxtlarda cəmi 19.568 manat borc pul vermişdir. Cavabdeh 31 dekabr 2020-ci ilədək olan müddət ərzində ondan hissə-hissə almış olduğu 19.568 manat pulu qaytarmağıma da söz vermişdir. Bundan başqa cavabdehin rəfiqəsi Ağdaş rayon sakini X3 20.01.2020-ci il tarixli qəbzə əsasən AZE N-15908241 saylı şəxsiyyət vəsiqəsini təqdim etməkə 10 günlük olaraq 1000 manat borc pul alaraq cavabdeh Cavabdeh vermişdir. Cavabdehdən pulu istədikdə isə tezliklə qaytaracağını bildirsə də , bu günə kimi borc almış oldiuğu pulumu qaytarmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 22.11.2020, 07.12.2020, 27.11.2020, 20.11.2020, 02.11.2020, 10.12.2020, 25.11.2020, 05.12.2020, 14.11.2020, 24.11.2020 və 28.11.2020ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 18.568 manat borc pul vermişdir. Məhkəməyə təqdim edilmiş 20.01.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı X2 1000 manat borc pul vermişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının 28.02.2022-ci il tarixli 4/161 saylı ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqində Cavabdeh adından olan 20.11.2020-ci il tarixli qəbzdəki əlyazmalar və “20.11.2020 ci il” yazıların önündəki imza; mülki işin 39-cu vərəqində Cavabdeh adından olan 02.11.2020-ci il tarixli qəbzdəki əlyazmalar və “imza” yazısı qarşısındakı imza; mülki işin 40-cı vərəqində Cavabdeh adından olan 10.12.2020-ci il tarixli qəbzdəki əlyazmalar və “500 aznt borc aldım.” əlyazmaları qarşısındakı imza; mülki işin 41-ci vərəqində Cavabdeh adından olan 25.11.2020-ci il tarixli qəbzdəki əlyazmalar (15 rəqəmlərindəki “5” rəqəmindən başqa) və həmin qəbzin sonundakı imza; mülki işin 42-ci vərəqində Cavabdeh adından olan 05.12.2020-ci il tarixli qəbzdəki əlyazmalar və “05.12.2020.” rəqəmlərin qarşısındakı imza; mülki işin 43-cü vərəqində Cavabdeh adından olan 14 noyabr 2020-ci ilk tarixli qəbzdəki əlyazmalar (14. noyabr 2020-ci il yazılarında “4” rəqəmindən başqa) və “14 noyabr 2020-ci il rəqəmlərindən aşağıda yerləşən imza; mülki işin 45-ci vərəqində Cavabdeh adından olan 24.11.2020-ci il tarixli qəbzdəki əlyazmalar və “24.11.2020-ci il” yazıları qarşısındakı imza; mülki işin; 46-cı vərəqində Cavabdeh adından olan 28.11.2020-ci il tarixli qəbzdəki əlyazmalar (28.11.2020-ciu il yazılarında ”8” rəqəmindən başqa) “28.11.2020 ci il” yazıların qarşısında imza - Cavabdeh tərəfindən icra olunmuşdur. 2. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, ekspertizaya təqdim edilmiş mülki işin 37ci vərəqində Cavabdeh adından olan 27.11.2020-ci il tarixli qəbzdə “27.11.2020-ci il” yazılarındakı “7” rəqəmi; mülki işin 41-ci vərəqində Cavabdeh adından olan “25.11,2020-ci il” tarixli qəbzdə 15 rəqəmlərindəki “5” rəqəmi; mülki işin 43-cü vərəqində Cavabdeh adından olan 14 noyabr 2020-ci il tarixli qəbzdə “14. noyabr 2020-ci il” yazılarındakı “4” rəqəmi; mülki işin 46-cı vərəqində Cavabdeh adından olan “28.11.2020-ci il” yazılarındakı “8” rəqəmi – tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə Cavabdeh tərəfindən icra olunub-olunmaması barədə rəy vermək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 22.11.2020, 07.12.2020, 27.11.2020, 20.11.2020, 02.11.2020, 10.12.2020, 25.11.2020, 05.12.2020, 14.11.2020, 24.11.2020 və 28.11.2020-ci il tarixlərdə ümumilikdə 18.568 manat borc vermiş, cavabdeh həmin pulu qaytaracağını öhdəsinə götürsə də bu günədək qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 18.568 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işə əlavə edilmiş qəbzdən də göründüyü kimi İddiaçı X2 20.01.2020-ci il tarixdə 1000 manat borc pul vermişdir. Hazırki tələb isə Cavabdeh qarşı qaldırıldından məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, 125 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir.. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18.568 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18.568 manat alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərcinin olan 125 manatı Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-141/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-141/2022
21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver