Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1413/2022 05.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 10.500 manat pulun, X3 isə 13.600 manat pulun və ödənilmiş 163 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X7 ilə X9 bir neçə il dostluq münasibətində olmuşdur. X9 cavabdeh X8 şəhəri ərazində almaq üçün ev axtardığı bildirmiş, Aidə anasının mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini satdıqlarını bildirmişdir. Bu barədə İlahə ona bildirmiş, bundan sonra cavabdehlərlə sözügedən evin alınması ilə bağlı danışıqlara başlamışdır. Söhbət zamanı cavabdehlərə satıqları evin dəyərini tam şəkildə ödəməyə imkanının olmadığını, yalnız hissə-hissə ödəmək şərti ilə ala biləcəyimi bildirmişdir. İlkin olaraq cavabdehlər onun təklifini qəbul etməsələr də, sonradan razılığa gəlmişlər ki, evin dəyəri 45000 olmaqla ilkin ödəniş kimi 10000 manat, qalan məbləğin 15000 manatını isə 3 il müddətinə hər ay 500 manat ödəməklə, qalan 20000 manat isə 3 ilin sonunda cəm şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda razılaşmaya görə sözgüdən evin nisyə aİğı-satqısı barədə notarial qaydada müqavilə bağlanamalı idi. Razılaşma şərtinə uyğun olaraq tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 10.500 manat ödənilmiş və Hicran evi ona təhvil vermişdir. Bundan sonra hər ay mütəmadi olaraq cavabdehlərlə razılaşma şərtinə uyğun olaraq Aidə Mürsəlovaya məxsus karta ödəniş edilmişdir. Kart vasitəsi ilə cavabdeh Aidə Mürsəlovaya ümumilikdə 10.950 manat ödəniş edilmişdir. Bundan əlavə 2650 manat da nağd şəkildə Aidə Mürəlovaya ödəmişdir. Lakin Cavabdeh1 nisyə alğı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, bunun səbəbi kimi isə aralarında olan razılaşma şərtinin onun üçün əlverişsiz olduğunu bildirmişdir. Göründüyü kimi cavabdehlər götürdükləri öhdəliyin şərtlərini pozmuş, razılaşma şərtinə uyğun olaraq tərəfindən ödənişlər edilsə də, onlar nisyə alğı-satqı müqaviləsini bağlamaqdan yayınmışlar. Bu azmış kimi cavabdehlər aldığı pulları da qaytarmaqdan imtina etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlərə ödədiyi pulun qaytarılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etmiş, lakin cavabdehlər pulu qaytarmaqdan imtina etmişlər. Bundan başqa cavabdeh X5 13650 manat pul verməsinə baxmayaraq, iddia ərizəsində 13600 manat qeyd etmiş, 50 manatı hesaba almamışdır. Buna görə də iddianın müdafiə etdiyi həddə təmin edilməsini xahiş edir. Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, özünə məxsus Göyçay şəhəri H.Z.Tağıyev küçəsi ev 91-də (Göyçay şəhəri S.Vurğun küçəsi ev 51) fərdi yaşayış evi vardır. İddiaçı qızı Aidə Mürsəlovanın vasitəsi ilə tanımışdır. Özünə məxsus fərdi yaşayış evini iddiaçıya satmaqla bağlı razılaşmışlar. Bu barədə xx.xx.2021-ci il tarixdə aralarında şifahi alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən fərdi yaşayış evini 45.000 manata satmağa razılaşmışlar. İddiaçını tanıdığından 10.000 manat nəğd şəkildə, 500 manat isə beh kimi almışdır. Daha sonra iddiaçı hər ay qızına məxsus hesab kartına 10.950 manat pul ödəmişdir. Bundan sonra iddiaçı ilə razılaşmaları pozulmuş, evi iddiaçıya satmaqdan imtina etmişdir. İddiaçının digər cavabdeh X5 2650 manat pul verməsindən məlumatı olmamışdır. Hazırda iddiaçıdan aldıqları 24.100 manat pulun iddiaçıya qaytarılmasına etiraz etmir və fərdi yaşayış evinin satılmasında iddiaçı ilə razılıq əldə etməyə cəhd edir. Fərdi yaşayış evi nəğd pula satılqdıqdan sonra iddiaçıdan aldıqları 24.100 manat iddiaçıya qaytaracaqdır. İş üzrə digər cavabdeh X5 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdeh X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Göyçay şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 91 saylı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. E-məhkəmə sistemi çıxarışından görünür ki, cavabdeh X7 digər Cavabdeh1 qızıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini İddiaçı 45.000 manata satdığına dair müqavilə bağlamış, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı evin dəyərinin bir hissəsini yəni, 10.000 manat və 500 manat isə beh olaraq almışdır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərinə baxış keçirilərkən müəyyən olunur ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini İddiaçı 45.000 manata satdığına dair müqavilə bağlamış, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı 10.000 manat pul almış, 500 manat isə beh olaraq almışdır. İddiaçı evin dəyəri olan 45.000 manat pulun qalan 10.000 manat hissəsini 2021-ci ilin dekabr ayınadək ödəyəcəyini, qalan 25.000 manat hissəsini isə 03 il ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2021-ci tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən X1 hesabına 10.950 manat pul köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş VVhatsapp sms və səs yazılarından görünür ki, cavabdeh X7 İddiaçı 2650 manat nağd pul aldığını etiraf edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini İddiaçı 45.000 manata satdığına dair şifahi müqavilə bağlamış, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı X6 iştirakı ilə 10.000 manat pul almış, 500 manat isə beh olaraq almışdır. İddiaçı evin dəyəri olan 45.000 manat pulun qalan 10.000 manat hissəsini 2021-ci ilin dekabr ayınadək ödəyəcəyini, digər 25.000 manat hissəsini isə 03 il ərzində ödəyəcəyini öhdəsinə götürmüş, Cavabdeh1 bu şərtlərlə razılaşmışdır. Eləcə də İddiaçı Cavabdeh1 razılığı ilə evin dəyərindən cavabdeh X1 hesabına 10.950 manat pul köçürmüş, nəğd şəkildə isə 2650 manat pul vermişdir. Hazırda Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin alğı-satqısına dair İddiaçı ilə notarial qaydada müqavilə bağlamaqdan imtina edir, üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır, fərdi yaşayış evini nəğd pula satacağını əsas tutaraq, iddiaçının həmin evdən çıxmasını tələb edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 10.500 Cavabdeh1, 13.600 manatı isə X4 qanunsuz sahibliyində qalmışdır. Göründüyü kimi iddiaçı cavabdehlərin qanunsuz sahibliyində qalan pulunu geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 163 manat dövlət rüsumunun cavabdehlərin hər biridən 81.5 manat tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 10.500 manat, cavabdeh X3 13.600 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 163 manat rüsumun 81.5 manatı Cavabdeh1, 81.5 manatı isə cavabdeh X3 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 10.500 manat, cavabdeh X3 13.600 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 163 manat rüsumun 81.5 manatı Cavabdeh1, 81.5 manatı isə cavabdeh X3 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1413/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1413/2022
05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver