Məhkəmə qərarları › İş №2(046)-1417/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1417/2022

16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1417/2022 16.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sənədlərin bərpa edilməklə elektrik xəttinin onun balansına verilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, balansında olan yardımçı təsərrüfata qanuni sənədlərlə 1987-ci ildə çəkilən 3 km uzunluğunda elektrik xəttinin sənədləri "xxxx" ASC tərəfindən yenidən bərpa edilməklə X1 balansından alınaraq onun balansına keçirilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı 1987-ci ildə çəkilmiş 3 km uzunluğunda elektrik xəttinin sənədlərinin "xxxx" ASC tərəfindən yenidən bərpa edilməsini və həmin elektrik xəttinin X1 balansından alınaraq onun balansına keçirilməsini tələb edir. Buradan aydın olur ki, İddiaçı iddia tələbi təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 13 və 14-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətləri ilə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırki iddia tələbindən görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə müqavilə münasibətlərindən irəli gələn mübahisələr deyil, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrdir. E-Məhkəmə çıxarışdan görünür ki, İddiaçı ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin 28.03.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı balansında olan yardımçı təsərrüfata qanuni sənədlərlə 1987-ci ildə çəkilən 3 km uzunluğunda elektrik xəttinin X1 balansından alınaraq balansına keçirilməsi ilə bağlı müraciətinə baxılmış və bununla bağlı İddiaçı KTM-nin texniki şərtini, istismara buraxılış aktını, balans mənsubiyyəti aktını və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi İddiaçı tələb olunan sənədləri "xxxx" ASC-yə təqdim etmədən və tələbinin təmin edilməsindən müvafiq imtina almadan məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilkin olaraq qeyd edilən sənədlərlə "xxxx" ASC-yə, müvafiq imtina cavabı aldıqdan sonra isə səlahiyyətli məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4.-cü maddəsinə əsasən, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sənədlərin bərpa edilməklə elektrik xəttinin onun balansına verilməsi» barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlərə əməl etdikdən sonra səlahiyyətli məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar