Məhkəmə qərarları › İş №2(046)-1436/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1436/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1436/2021 21.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttahov İbrahim Bağır sədrliyi, X1 kаtibliyi, iddiаçı İddiaçı iştirаkı ilə,İddiаçı İddiaçı cаvаbdеh «Göyçay Konyak zavodu» ATSC-yə qаrşı «vərəsəlik əmlakına tutmanın yönəldilməsi» tələbinə dаir iddiаsı üzrə mülki işə Göyçаy rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh «Göyçay Konyak zavodu» ATSC-yə qаrşı «vərəsəlik əmlakına tutmanın yönəldilməsi» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, X4 məxsus əmlakın hesabına cavabdehə qarşı 104.362 ABŞ dolları məbləğində tələbi məcburi icra etmək üçün qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı İddiaçı iddiа ərizəsini оnunlа əsаslаndırmışdır ki, o, mərhum X2 kreditorudur. Belə ki, bibisi oğlu Manaşir Sosunov (Manaşir İxiloviç) Rusiya Federasiyasından xammal tədarükünü görür. Adətən buradan həmin zavoda xammal spirti göndərilir və orada emal olunmaqla satışa buraxılır. Təxminən 2007-ci ildən Vaqif Mammədovu tanıyır. Belə ki, bibisı oğlu Manaşir Sosunov vasitəsi ilə tanış olmuşdur. X15 Məmmədovla xammal verməsi ilə razılaşmışlar. Vaqif Məmmədov həmin vaxt Göyçay konyak zavodunun direktoru olmuşdur. X17 müəyyən müddətdən sonra xammalı Rusiya Federasiyasına göndərməmişdir. Buna görə də, 2008-ci il tarixdə Manaşir Sosunov Bakı şəhərinə gəlmiş və aralarında müəyyən problemlər olduğundan X15 Məmmədovu məhkəməyə vermiş, bundan sonra X7 Sosunov arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü ildə X12 Sosunovla görüşərək, yeni biznes əlaqələri qurmaq üçün müqavilə bağlamış, sonuncu 28 may 2014-cü il tarixdə 295.580 ABŞ dolları Göyçay konyak zavodunun hesabına Bank vasitəsi ilə köçürmüşdür. Həmin ərəfələrdə Manaşir Sosunov tez-tez Bakı şəhərinə gəlib Vaqif Məmmədovla görüşmüş, həmin görüşlərdə o, da iştirak etmişdir. Həmin ilin iyun ayında Vaqif Məmmədovla görüşüb söhbət edərkən Vaqif Məmmədov ona təklif etmişdir ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Manaşir Sosunova xammal göndərə bilmir, ona pul veriləcəyi halda zavodda Manaşir Sosunova göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Manaşir Sosunova sataraq hər vaqona 15.000-20.000 arası gəlir əldə edəcək. Şifahi razlaşmaya əsasən Vaqif Məmmədova 112.000 (yüz on iki min) ABŞ dolları məbləğində nəğd pul vermişdir. Vaqif Məmmədov demişdir ki, bir müddətdən sonra xammal zavodda hazır olacaq və vaqona vurub Manaşir Sosunova göndərəcək. X13 zavodda ona aid olan 54 ton konyak spirti hazır eləmiş və bununla bağlı ona sertifikat da vermişdir. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə Vaqif Məmmədovun idarə etdiyi Göyçay konyak zavoduna getmişlər. Texnoloqlar çənlərdə 54 ton xammalı bəyənib onların ağızlarını blomblamışlar. Vaqif Məmmədov həmin şəxslərin yanındada bildirmişdir ki, vaqondaki spirt ona məxsusdur yaxın vaxtlarda vaqona vurub Manaşir Sosunova göndərəcək. X17 malı göndərmədi. Hazırlanmış xammalı Vaqif Məmmədovdan ala bilməmişdir. Dəfələrlə Göyçay rayona getmiş, lakin onu zavoda buraxmamışlar. Vaqif Məmmədovun mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq, telefon zənglərinə cavab verməmiş və onunla görüşə gəlməmişdir. 112.000 (yüz on iki min) ABŞ dollarını Vaqif Məmmədov ələ keçirərək dələduzluq etmiş və nəticədə pulunu qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmiş, Sabunçu rayon prokuroru, Ceyhun Şirinov tərəfindən 28 noyabr 2016-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Cinayət işi üzrə 25 dekabr 2016-cı il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, “Göyçay konyak” ATSC zavodunun direktoru X9 “X14” QSC-nin sədr X5 məxsus zavoda şərab və konyak emalı üçün xammal tədarük etmək adı ilə etibardan sui-istifadə etməklə ayrı-ayrı (2007-ci il tarixdən 2014-cü il tarixədək olan müddət) vaxtlarda 500.000 (beş yüz min) ABŞ dolları pul vəsaitini əvəzsiz olaraq öz mülkiyyətinə keçirərək Manaşir Sosunova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Uzun müddət axtarışda olan Vaqif Məmmədov tutularaq 48 saat ərzində Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Vaqif Məmmədovun ifadəsi alınarkən bildirmişdir ki, 112.000 ABŞ dolları dəyərində konyak spirti Göyçaydaki zavodunda yerləşir. Sabunçu RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Abbas Hüseynov tərəfindən Göyçay rayonunda Konyak zavoduna baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Orada olan spirtdən nümunə götürülmüş, X2 ifadəsi yerində yoxlanılmaqla protokol tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Cinayət işinin istintaqı zamanı ona məxsus 54 ton spirt zavoddadır. Vaqif Məmmədov ifadə verərkən, yaxın vaxtlarda spirti satıb, pulunu ona qaytaracaq. Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixdə X4 Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə ittiham elan olunmuş və iş üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 27 avqust 2018-ci il tarixdə onunla Vaqif Məmmədov arasında üzləşdirmə keçirilmiş, sonuncu ona borclu olduğunu etiraf etmişdir. Üzləşdirmə zamanı Vaqif Məmmədov zavodda maddi problemlər yarandığı üçün spirti satdığını və ona borclu olduğu pulu qaytarmadığını bildirmişdir. Vaqif Məmmədov üzləşdirmə zamanı ona borclu olduğu 112.000 (yüz on iki min) ABŞ dollarını qısa müddətdə ərzində qaytaracağına söz vermişdir. 30 avqust 2018-ci il tarixdə Manaşir Sosunov Bakıya gəlmiş və Vaqif Məmmədovla üzləşmişdir. Vaqif Məmmədov üzləşmə zamanı Manaşir Sosunovdan üzr istəmiş və borcunu etiraf etmişdir. İstintaq zamanı 30 avqust 2018-cı il tarixli qərarla X8 zərərçəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov istintaq zamanı İstintaq Təcridxanasından onunla dəfələrlə telefonla əlaqə saxlamış, İstintaq Təcridxanasında onunla görüşməsini xahiş etmişdir. X6 Təcridxanasında görüş zamanı sonuncu xahiş etmişdir ki, o və Manaşir Sosunov ondan şikayətçi olmasın. Şikayətçi olmadıqları halda, azadlığa çıxan kimi onun 112.000 (yüz on iki min) ABŞ dollarını, eləcə də Manaşir Sosunova borclu olduğu pulu qaytaracaq. X10 pul əvəzinə alternativ Göyçay şəhərində Konyak Zavoduna məxsus 62.561 m2 torpaq sahəsini, eləcə də araq doldurulması və satışı ilə məşğul olan "EMİL-1" firmasını təklif etmişdir. Vaqif Məmmədovun təklifi onu qane etmədiyi üçün qəbul etməmişdir. Vaqif Məmmədov yenidən xahiş etmişdir ki, o və bibisi oğlu Manaşir Sosunov ona qarşı humanist davranaq. Manaşir Sosunovla əlaqə saxlayaraq Vaqif Məmmədovun xahişini çatdırmış, X11 bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini, ancaq Vaqif Məmmədov istintaq təcridxanasından çıxarkən, ona yaranmış borcu ödəməyə başlamasını bildirdirmişdir. Bundan sonra Vaqif Məmmədovla əlaqə saxlayaraq Manaşir Sosunovun və öz qərarını açıqlamış, ondan bir daha şikayətçi olmayacaqlarını, amma həbsxanadan çıxan kimi onlara borclu olduğu pul tam qaytaracaq. Vaqif Məmmədov ona kişi sözü vermişdir ki, həbsdən çıxan kimi pulu qaytaracaq. Vaqif Məmmədov azadlığa çıxandan sonra, ona 22.02.2019-cu il tarixdə 1.200 manat, 01.03.2019-cu il tarixdə 13.00 manat, 19.07.2019-cu il tarixdə 3.000 manat, 02.08.2019-cu il tarixdə 2.000 manat, 07.10.2019-cu il tarixdə 1.500 manat, 15.10.2019-cu il tarixdə 2.000 manat və 20.11.2019cu il tarixdə 2.000 manat ödəmişdir. Vaqif Məmmədov ona ümumilikdə yalnız 12.984 (on iki min doqquz yüz səksən dörd) manat, yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları pul qaytarmışdır. Vaqif Məmmədov onun qarşısında öhdəliklərinin yerinə yetirilmə müddəti çoxdan başa çatmışdır. Lakin bu günə kimi Vaqif Məmmədov 112.000 (yüz on iki min) ABŞ dollarını ona tam qaytarmamışdır. Vaqif Məmmədov onunla əlaqə saxlayaraq, COVİD-19 pandemiyasına görə maddi çətinliklə üzləşdiyini, borclu olduğu pulu qaytara bilmədiyini, üzr istəyib pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Danışıqlarından bir müddət sonra, Vaqif Məmmədov dünyasını dəyişmişdir. Vaqif Məmmədovun qalan borcu 104.362 (yüz dörd min üç yüz altmış iki) ABŞ dolları təşkil edir. Vaqif Məmmədov ölümü ilə bağlı öhdəliklərini yerinə yetirməməsi bu iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmuşdur. Əldə etdiyi məlumata görə, 2021-ci ilə qədər “Göyçay Konyak zavodu” Vaqif Məmmədova məxsus olmuş, həmin əmlak hesabına sonuncunun ona olan borcunu ödəmək olar. İddiаçı İddiaçı məhkəmə iclаsındа iddiа tələbini müdаfiə еdərək, iddiа ərizəsinin məzmununа uyğun izаhаt vеrdi və məhkəmədən iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh «Göyçay Konyak zavodu» ATSC-yə məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən «Göyçay Konyak zavodu» ATSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiаçının izаhаtını dinləyib, iş mаtеriаllаrındа оlаn sənədləri аrаşdırаrаq hеsаb еdir ki, iddiа rədd еdilməlidir. Məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçıiç mərhum Vaqif Məmmədovla qohumu X3 vasitəsi ilə 2007-ci ildə tanış olmuş, bu tanışlıq onların biznes əlaqələrinin qurulmasına zəmin yaratmışdır. Belə ki, Vaqif Məmmədov iddiaçıya təklif etmişdir ki, ona pul verəcəyi halda rəhbərlik etdiyi «Göyçay Konyak zavodu» ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu Manaşir Sosunova satacaq, hər vaqon üçün ona 15.000-20.000 manat məbləğində xeyir verəcək. İddiaçıiç Vaqif Məmmədovun təklifini qəbul etmiş, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) ABŞ dolları vermişdir. Lakin tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Şifahi razılaşmaya əsasında Vaqif Məmmədova verilən pulun qaytarılması müddəti müəyyən edilməmiş, yalnız hər vaqon üçün iddiaçıya çatası məbləğlə bağlı razılaşma olmuşdur. Vaqif Məmmədov vəd verdiyi kimi İddiaçıiçdən aldığı pulun müqabilində konyak hazırlanması üçün 54 ton spirt istehsal etsə də, lakin həmin spirti və yaxud həmin spirtin satışından əldə olunan vəsaiti, həmçinin aldığı 112.000 (yüz on iki min) ABŞ dollarını İddiaçıiçə qaytarmamışdır. Bunu görə İddiaçıiç Vaqif Məmmədov barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, onun və digər şəxsin şikayəti əsasında Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddiaçı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov həbsdən azad olunacağı halda 112.000 (yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, X17 həbsdən çıxdıqdan sonra 22.02.2019-cu il tarixdə 1.200 manat, 01.03.2019-cu il tarixdə 13.00 manat, 19.07.2019-cu il tarixdə 3.000 manat, 02.08.2019-cu il tarixdə 2.000 manat, 07.10.2019-cu il tarixdə 1.500 manat, 15.10.2019-cu il tarixdə 2.000 manat və 20.11.2019-cu il tarixdə 2.000 manat-ümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) manat, yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödəmiş, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericilik aktının qeyd olunan normasının tələbi baxımından hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunun yuxarıda qeyd olunan normasından görünür ki, öhdəliyin lazımınca icra edilməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müvafiq müqavilə yolu ilə müəyyən olunur. Belə müqavilənin olması öhdəliyin yaranması üçün əsas şərtdir. Belə ki, onun məzmunu cavabdehin yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hərəkətləri müəyyən edir. Öhdəliyin yaranması üçün müqavilənin olmasının zəruriliyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir. Bundan başqa, yazılı borc müqaviləsinin olması pulun verilmə vaxtını və şərtlərini, dəqiq məbləği və onun qaytarılma müddətini müəyyən etməyə imkan verir, belə ki, öz hüquqi mahiyyətinə görə əqdin göstərilən növü real əqdlərə aiddir. Borc müqaviləsi yalnız əşyanın borc verən tərəfindən borc alana verildiyi andan bağlanmış sayılır. Beləliklə, qanunun yuxarıda göstərilən normalarına və Konstitusiya Məhkəməsinin izahına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün onlar arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək iddiaçı qarşısında 112.000 (yüz on iki min) ABŞ dollarının ödənilməsi ilə bağlı cаvаbdеh «Göyçay Konyak zavodu» ATSC-nin hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. İddianın mahiyyətindən görünür ki, İddiaçıiçin qarşısında 112.000 (yüz on iki min) ABŞ dollarının qaytarılması öhdəliyini Vaqif Məmmədov öz üzərinə götürmüş, sonuncu vəfat edənədək həmin puldan bir hissəsini ödəmiş, Vaqif Məmmədov vəfat etdiyi üçün iddiaçı öhdəliyin icrasını tələb edə bilməmiş, bu səbəbdən hazırki iddia tələbi ilə Vaqif Məmmədovun vərəsələrinə qarşı deyil, «Göyçay Konyak zavodu» ATSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh «Göyçay Konyak zavodu» ATSC-dən 104.362 ABŞ dollarını tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnаməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiаçı tərəfindən iddiа tələbinin əsаsı kimi istinаd еtdiyi hаllаrа dаir sübutlаr məhkəməyə təqdim еdilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh «Göyçay Konyak zavodu» ATSC-yə qаrşı «vərəsəlik əmlakına tutmanın yönəldilməsi» tələbinə dаir iddiаsı rədd еdilməlidir. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilməsin. İddiаçı İddiaçı cаvаbdеh «Göyçay Konyak zavodu» ATSC-yə qаrşı «vərəsəlik əmlakına tutmanın yönəldilməsi» tələbinə dаir iddiаsı təmin еdilməsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Göyçаy rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilmədikdə, qəbul еdildiyi gündən bir аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hаkim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar