Məhkəmə qərarları › İş №2(046)-1475/2024

Göyçay Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(046)-1475/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1475/2024 29.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1044 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə bir kollektivdə müsiqi fəaliyyəti ilə məşğul olurlar, bir- birlərinə normal münasibətləri vardır. 2022-ci ilin mart ayının əvvəlində Loğman ona müraciət edərək öz adına onun üçün "xxxx" MMC-dən kreditlə ona mobil telefon alınmasını xahiş etmiş və bildirdi ki, onun həmin mağazadan başqa kreditləri olduğundan ona nisyə mal verilmir. Eyni zamanda söz verdi ki, onun adına olan krediti vaxtı-vaxtında ödəyəcəkdir. O. cavabdehin səmimiyyətinə inanaraq 5 mart 2022-ci ildə Bakı şəhərində 20 Yanvar metrosunun yanında olan "xxxx" MMC məişət texnikası mağazasından kreditlə 942,12 manat dəyərində ’XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən alıb cavabdehə vermişdir. Cavabdeh ödəniş etmədiyindən kreditin üç ayını, yəni 157 manatı o, ödəmişdir, cavabdeh isə cəmi bir ay ödəniş edib. Sonra ödəniş edilmədiyindən "xxxx" MMC onu məhkəməyə vermişdir, ismayıllı rayon məhkəməsinin 14.11 2023-cü il tarixli 2037)-1156/2023 saylı qətnaməsi ilə məndən alınmış telefonun dəyərinə görə əsas məbləğ, hesablanmış faiz və cərimələrə görə 687 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan əlavə cavabdeh ondan 170 manat da borc almış, həmin borcu da ödəməmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş və hazırda 717 manat onun pensiyamdan tutulur. Beləliklə də cavabdehin ona olan borcu 1044 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. İş materiallarından görünür ki: İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (037)-1156/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********55462 X3 11 markalı telefon üçün 624.12 manat ödənilməmiş hissə, 62.88 manat cərimə olmaqla, cəmi 687 manat borc, 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. CD diskə köçürülmüş səs yazılarından müəyyən olunur ki, Cavabdeh İddiaçı borcu olmasını etiraf etmiş, İddiaçı iddia ərizəsinin geri götürməsini tələb etmiş və bundan sonra hər ay 50 manat ödəniş edəcəyinə söz vermişdir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması tlə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 243.1-ci maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 244-cü cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçını və şahidi dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh musiqiçidirlər və uzun müddətdir ki, bir birlərini tanıyırlar. Bununla belə uzunmüddətli tanışlıq zəminində yaranmış etibar əsasında iddiaçı cavabdehin xahişi ilə 2022-ci ilin mart ayında "xxxx" MMC-dən telefon götürərək cavabdehə vermişdir. Lakin cavabdeh razılaşdırılmış qaydada üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və onun əvəzinə həmin borcu iddiaçı ödəmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, nə iddia tələbini, nə də tələb edilən məbləği mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1044 manat pul alınaraq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 314 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1044 (min qırx dörd) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ləğvi üçün 10 gün müddətində məhkəməyə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar