Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1491/2024 24.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildə danışıb razılığa gəlmişlər ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Maştağa qəsəbəsində Yeni Məhəllə deyilən ərazidə yerləşən, ona məxsus olan 3 sot torpaq sahəsini 3000 manata ona satacaqdır. Sonra isə torpaq sahəsinə faktiki baxış keçirdikdən sonra Cavabdeh ilə razılaşmışlar ki, Bakı şəhəri Xəzər rayonu Maştağa qəsəbəsində Yeni Məhəllə deyilən ərazidə yerləşən və Cavabdeh dediyinə görə ona məxsus olan içərisində yarımçıq tikilmiş ev olaraq 2 ha torpaq sahəsini 13000 manata ona verəcəkdir. O, əvvəlcə ilkin olaraq İmişli rayonunda 3000 manat pulu Cavabdeh vermişdir. Cavabdeh İmişli rayon məhkəməsində olan cinayət işi ilə əlaqədar olaraq onun İmişli rayon Bəhrəmtəpə kənd sakinlərinə borcu yaranmış və Cavabdeh həmin borcu ödəmək məqsədi ilə hissə-hissə daha 6000 manat və 7000 manat pul vemişdir. Cavabdeh həmin pulları CM-nın 178-ci maddəsi ilə İmişli rayon məhkəmsində baxılan cinayət işi üzrə zərərçəkənə vermişdir və ziyan ödəndiyinə görə məhkəmə tərəfindən Cavabdeh 3 il müddətinə şərti cəza verilmişdir. Lakin sonradan ona məlum oldu ki, Bakı şəhəri Xəzər rayonu Maştağa qəsəbəsində Yeni Məhəllə deyilən ərazidə yerləşən və Cavabdeh deməsinə görə ona məxsus olan içərisində yarımçıq tikilmiş ev olan 612 ha torpaq sahəsi Cavabdeh öz adına deyil, onun qeyri- qanuni olaraq faktiki nikahla yaşadığı şəxsin adınadır. O, bunu bildikdən sonra Cavabdeh verdiyi 16000 manat pulu ona qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh pulu ona imkanı olanda qaytaracağını vəd etdi. Hər dəfə pulun qaytarılmasını istədikdə Cavabdeh imkanı olan kimi ona olan 16000 manat məbləğində pulu qaytaracağını bildirmiş, lakin bu günədək Cavabdeh ona borclu olduğu 16000 manat pulu verməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərmişdir ki, İddiaçı 16000 manat borcu vardır. İddiaçı 16000 manat pulu hissə-hissə vermişdir və o da iddiaçıya borcunu hissə-hissə qaytarcaqdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş materialların əlavə edilmiş: ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 138 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh daşınmaz əmlakın alqı-satqı ilə əlaqədar 16000 manat məbləğində pul vermiş, lakin alqı-satqı baş tutmamış və cavabdeh ödənilmiş məbləği geri qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh borcunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı borclu olduğu 16000 manat məbləğində pulu ödəmədiyindən, İddiaçı cavabdehə borc qismində verdiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabeh tərəfindən iddianın tam etiraf edilməsini nəzərə alıb, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000 manat pul alınaraq İddiaçı verilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1491/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1491/2024
24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver