Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1566/2021 04.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 34.500 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonunda yaşayan tanışı İddiaçı2 2014-cü ilin payız fəsilində Baxış adlı dostunun yaxın tanışı X1 meyvə satışı ilə məşğul olduğunu və bu işi yaxşı bacardığını deyərək, ona Türkiyədə tanıdığı şəxslər vasitəsilə iş birliyi qurmağı təklif etmişdir. Türkiyədə yaşadığı üçün orada onun hörmətini saxlayan dostları olduğunu Zeynal bilmişdir. Zeynal ona təklif etmişdir ki, həmin dostları vasitəsilə onlar Türkiyədən meyvə alaraq, Bakıya göndərsələr Vüqar həmin meyvəni satar və bununla da onların daimi bir gəlir yeri olar. Bu söhbətdən sonra Zeynalla birlikdə Bakı şəhərində Cavabdehla görüşərək tanış olmuş, meyvə ticarəti barəsində söhbətləşmişdir. Vüqar ona bildirmişdir ki, əgər Türkiyədən Bakıya mal göndərsə həmin malın qeydiyyat və gömrük xərclərini özü çəkəcəkdir. Bundan sonra Cavabdeh ona bildirmişdir ki, bu işi görmək üçün Türkiyədən 3 tır mal göndərilməsi lazımdır, üçüncü tır yola düşərkən birinci tırdakı malın pulun göndərəcəkdir. Həmin vaxt Zeynalın tanışı Sabir, Cavabdeh öncə bir tır mal gətirməyi, əgər qazanc olarsa növbəti tırları gətirməyi məsləhət görmüş, Vüqar isə onunla razılaşmamışdır. Vüqar alver işində yaxşı təcrübəsi olan dostu Şahid onunla Türkiyəyə göndərəcəyini, orada hər şeyi onun yola qoyacağını bildirmişdir. 2014-cü ilin noyabr ayında Şahidla birlikdə Türkiyənin Adana şəhərinə getmişdir. Orada onları dostu Mustafa qarşılamışdır. Mustafanın qardaşı Nurəddin Tokdəmir 3 tır meyvə məhsulunun onlara verilməsinə razı olmuşdur. Bundan sonra Mustafa onları meyvə fabrikalarına aparmışlar. Malı tanımadığı üçün qiymət və sifariş işinə də qarışmamış, həmin işlərlə Umud məşğul olmuşdur. Mustafa 1 kq almanın yarım dollara da, 65 sentə də olduğunu bildirdiyi zaman bu qiymətin Vüqarı qane edibetməyəcəyini ondan telefonla soruşduqda, Vüqar qiyməti 65 sentə olan alma məhsulunun göndərilməsini bildirmişdir. Türkiyədə olan zaman 1 nəfər türk vətəndaşı ondan Vüqar adlı birisini tanıyıb-tanımadığını soruşmuş, onlara Azərbaycanda belə bir fırıldaqçının olduğunu demişdir. Həmin vaxt Umud Vüqarın yaxşı adam olduğunu bildirmişdir. Umudla Türkiyədə olduğu zaman türk dostları 1 tır meyvə məhsulunu Azərbaycana göndərmişlər. Həmin məhsul Azərbaycanda Vüqarın tanıdığı bir firmanın adına göndərilmişdir. İlk tır gəldikdə sürücü ona zəng edərək, gömrükdə qaldığını bildirmiş, həmin vaxt Vüqara zəng edərək, narazılığını bildirmiş, gömrükdə niyə problem çıxdığını soruşduqda Vüqar 1 - 2 saata problemi həll edəcəyinə söz versə də problemi həll etməmiş 2 gün mal gömrükdə qalmışdır. Həmin vaxt Zeynal Dubayda olmuşdur. Zeynala zəng edərək, hadisəni ona danışmışdır. Məlum olmuşdur kı, Vüqar onları aldatmış Vüqar 19.000 ABŞ dolları pulu malın gömrükdən keçirtməsinə qoyacağın, ona görə demişdir ki, onlar Vüqara inanaraq malı Azərbaycana gətirsinlər, mal gəldikdən sonra onlar məcbur olub ya gomruyə lazım olan pulu tapacaqlar, ya da malı satıb gömrük və nəqliyyat xərcini ödəyəcəklər. X2 işini yarımçıq qoyaraq Azərbaycana qayıtmış, 7000 ABŞ dolları düzəldərək gömrükdə Vüqarın adından ödəyərək tırı oradan çıxarmışdır. Tırda portağal, mandarin, limon və qreyfrud olmaqla, cəmi 24 ton meyvə olmuşdur. Mustafanın bilməsi üçün onun Bakıda tələb olan oğlu Nurəddini çağıraraq, atasının malının satışına nəzarət etməyi tapşırmışdır. Mal gömrükdən keçdikdən sonra malı sata bilmədikləri üçün, malı satışı üçün yenə Vüqara müraciət edərək, 1-ci tırdakı almaya qiymət qoymuş və Nurəddindən satılan almanın pulunu almışdır. Sonradan Baxış bildirmişdir ki, Vüqar malın pulunun və məsuliyyətinin onda olmasını istəmişdir. Vüqar meyvəni sataraq pulu topalamış, lakin pulu Mustafaya göndərməmişdir. Bundan sonra 2-ci tır gəlmiş, Vüqar həmin malı satıb pulu mənimsəmişdir. Vüqar pulu verməyi öhdəsinə götürsə də lakin həmin pulu verməmişdir. Vüqarın malların ümumi dəyəri olan 32.000 ABŞ dolları borcu qalmışdır. Bundan başqa Tır sürücüsünə 4000 ABŞ dolları olan yol pulunun cəmi 500 ABŞ dollarını vermişdir. Bununla Cavabdeh ümumilikdə 35.500 ABŞ dolları ona borcu vardır. Cavabdeh 12.09.2015-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlayaraq, borcunun bir qismi olan 15.000 manat pulu ona borclu qaldığını qəbul etmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı1 2014-cü il tarixdə Bakı şəhərində ortaq tanışları vasitəsi ilə tanımışdır. Səmədov X3 Respublikasından meyvə gətirərək burda satmaqlarında ona köməklik göstərmiyini xahiş etmişdir. İddiaçı1 Türkiyədən gələcək sitrus meyvələrinin sərhəddən keçərdək gömrükdə tanışlarının olduğunu və gömrük xərcini ödəməkdə köməklik göstərməkdə razılaşmışdır. İddiaçı1 Türkiyə Respublikasına gedərək keyfiyyətli mal seçməsi üçün dostu Şahid xahiş edərək iddiaçı ilə Türkiyə Respublikasına getməyə razı salmışdır. Bundan sonra İddiaçı1 ilə Şahid Türkiyəyə getmiş, onlar Türkiyədən sitrus meyvələri alaraq Azərbaycana göndərmişlər,meyvə məhsulu gömrükdən keçirilərkən 14.000 ABŞ dollarının veriləcəyini bildirdi, 6.000 ABŞ dolları verilmiş, 8.000 ABŞ dollarına isə zamin durmuşdur. Türkiyədən gələn tır meyvəli bazarına daxil olmuş, həmin vaxt orada tanışı olan Zəfər ona yaxınlaşaraq, malı tez satmağını, tezliklə çoxlu meyvələr gələcəyəni bildirdi. Bu barədə iddiaçıya və Türkiyədən meyvəni göndərən Mustafanın oğluna məlumat vermişdir. İddiaçı və Mustafanın oğlu ona sənlik bir şey yoxdur, özləri tərəfindən tanışları tərəfindən satılacağını bildirmişdir. Bundan başqa iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsini tanışı Baxışın xahiş ilə bağlamışdır. Belə ki, Baxış ondan xahiş etmişdir ki, iddiaçı ilə borc müqaviləsi bağlasın, həmin borcu özü ödəyəcəkdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2014-cü ildə Vüqar ona zəng vuraraq, Türkiyədən ona meyvə məhsulu gələcəyini, Türkiyəyə gedib həmin meyvə məhsulunu seçməkdə köməklik göstərməyini xahiş etmişdir. Vüqar ona bütün xərclərin İddiaçı1 çəkəcəyini bildirmiş, Vüqarla razılaşmışdır. Bundan sonra Vüqar onu Bakı şəhərində Pərvizlə görüşdürmüşdür. Vüqarın Pərvizlə aralarındakı olan razılaşmadan xəbəri olmamışdır. Vüqar Baxış adlı şəxsin evində kirayənişin yaşamışdır, Baxış Vüqarı yaxşı adam kimi tanıdığı üçün İddiaçı2 Vüqarla işləmələrini məsləhət bilmişdir. Kimin kimdən nə qədər pul alıb-verəcəyini, şərik olduqlarını bilməmişdir, onun vəzifəsi Türkiyədə məhsulun keyfiyyətlisini seçmək olmuşdur. Vüqar ona bütün xərcləri Pərvizin çəkəcəyini bildirdiyi üçün özü ilə pul götürməmişdir. Pərvizlə birlikdə Türkiyədə Mustafa adlı şəxsin evində qonaq olmuşlar. Daha sonra birlikdə gedib meyvə bazasına getmiş, meyvə məhsullarına baxıb seçmişdir. Onlar Türkiyədə olan zaman 1 tır maşın Azərbaycana yola salınmışdır. 1 tır maşın meyvənin pulu təxminən 11.000 ABŞ dollarıdır yol və maşın xərci ilə birlikdə 1 tır meyvənin dəyəri 16.000 ABŞ dollarıdır. Vüqar ilə Pərviz arasında hər hansı anlaşmanın olduğunu bilməmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 14.03.2015-ci il tarixli 3-M-2/632 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı1 15.000 manat borc pul almış, həmin pulu 14.09.2015-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı1 tanışı İddiaçı2 vasitəsi ilə Cavabdeh ilə tanış olmuş, bu tanışlıq onlar arasında ticarət əlaqəsinin qurulmasına zəmin yaratmışdır. Belə ki, İddiaçı2 iddiaçıya təklif etmişdir ki, Türkiyə Respublikasından meyvə tədarük edərlərsə Azərbaycanda həmin məhsulların gömrük rəsmiləşdirilməsinin aparılmasında və satışında hazırki iş üzrə cavabdeh yardımçı ola bilər. İddiaçı1 tanışı İddiaçı2 təklifini müsbət dəyərləndirmiş, sonuncu ilə ortaqlı Türkiyə Respublikasından meyvələrin gətirilməsi, eyni zamanda Cavabdehla gömrük rəsmiləşdirilməsinin hansı qaydada və məbləğdə həll edəcəyi barədə danışıqlar aparılmışdır. Cavabdeh Türkiyə Respublikasından gətirilən məhsulların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün ilkin olaraq depozit kimi ona 15.000 manat pul verilməsini iddiaçıya təklif etmiş, sonuncu onun bu təklifini ciddi qəbul edərək razılaşmış, Türkiyə Respublikasından sifariş verdikləri meyvə məhsullarını gətirdikdən sonra 14.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 15.000 manatı vermişdir. Lakin Cavabdeh razılaşmaya əsasən iddiaçıya Türkiyə Respublikasından gətirdiyi meyvə məhsullarının gömrük rəsmiləşdirilməsinin aparılmasında köməklik etməmiş, aldığı 15.000 manatı şəxsi işlərinə xərcləmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericilik aktının qeyd olunan normasının tələbi baxımından hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunun yuxarıda qeyd olunan normasından görünür ki, öhdəliyin lazımınca icra edilməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müvafiq müqavilə yolu ilə müəyyən olunur. Belə müqavilənin olması öhdəliyin yaranması üçün əsas şərtdir. Belə ki, onun məzmunu cavabdehin yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hərəkətləri müəyyən edir. Öhdəliyin yaranması üçün müqavilənin olmasının zəruriliyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir. Bundan başqa, yazılı borc müqaviləsinin olması pulun verilmə vaxtını və şərtlərini, dəqiq məbləği və onun qaytarılma müddətini müəyyən etməyə imkan verir, belə ki, öz hüquqi mahiyyətinə görə əqdin göstərilən növü real əqdlərə aiddir. Borc müqaviləsi yalnız əşyanın borc verən tərəfindən borc alana verildiyi andan bağlanmış sayılır. Beləliklə, qanunun yuxarıda göstərilən normalarına və Konstitusiya Məhkəməsinin izahına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün onlar arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. İş materiallarında olan borc müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh 14.03.2015-ci il tarixdə İddiaçı1 15.000 manat pul almış, həmin pulu 06 ay müddətinə sonuncuya qaytarmasına dair öhdəlik götürmüşdür. İşin faktiki hallarından görünür ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş müddət ərzində icra etməmiş, nəticədə iddiaçının 15.000 manat pulu onun qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.05.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından göründüyü kimi, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Məhkəmə iddia tələbinin əsaslı olan hissəsi ilə bağlı yekun olaraq bildirir ki, iddia qismən təmin edilməli, 15.000 manat Cavabdeh alınaraq İddiaçı1 verilməlidir. Məhkəmə iddia tələbinin 34.500 ABŞ dolları hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı1 Cavabdeh 34.500 ABŞ dollarını verməsi və ya ortaqlı ticarət əlaqəsi nəticəsində cavabdehin Türkiyə Respublikasından gətirilən məhsulların satışından əldə olunan vəsaiti mənimsəməsi hər hansı sübutla təsdiq olunmur.İddia tələbinin yalnız 15.000 manat hissəsi iş materiallarında olan borc müqaviləsi ilə təsdiq olunur ki, məhkəmə yuxarıda göstərilən əsaslarla iddia tələbini həmin hissədə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.000 manat pul alınaraq İddiaçı1 verilməli,iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 15.000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1566/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1566/2021
04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver