Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1608/2024 29.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə əsasən tərəfindən ödənilmiş 2945 manat pulun və ödədiyi 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən X1 120 ay müddətinə 30.000 manat kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixli kredit razılaşması əsasında Cavabdeh 18 ay müddətinə, aylıq 2.0833 faiz olmaqla 3500 manat məbləğində kredit verilmişdir. X2 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi onunla "xxxx" QSC arasında xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli saylı kredit razılaşmasına əsasən Cavabdeh "xxxx" QSC tərəfindən 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh AccessBank” QSC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə borcu ödəmədiyindən, "AccessBank” QSC iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və ondan (İddiaçı Abdulxalıq oğlundan) oğlundan müştərək qaydada 2297.41 manat əsas kredit borcun, 358.24 manat faiz borcun, 30.11 manat cərimə borcu olmaqla, cəmi 2686.76 manat kredit borcunun və 54,37 manat dövlət rüsumunun tutularaq AccessBank QSC- na ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Göyçay rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Tam orta məktəbdə müəllim işlədiyindən, borcun ödənilməsi ilə bağlı Göyçay rayonu üzrə Təhsil Sektoruna məktub gəldiyindən, əmək haqqısından tutulmalar üzrə cəmi 2686.76 manat kredit borcu və ödənilmiş 54.37 manat dövlət rüsumu tutulmuşdur. Bundan başqa qətnamə üzrə 204 manat icra ödənişi "xxxx" ASC-nin Göyçay filialına ödəmişdir. Cavabdeh "xxxx" QSC-yə olan borcu ödəmədiyindən icra ödənişi də daxilmaqla tərəfindən ümumilkdə 2945.13 maman ödəniş edilmişdirdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etmədi və izahatında bildirdi ki, sözügedən borcu ümumi tanışları olan Famil adında şəxsə vermək üçün bankdan götüşmüdür. Bunu iddiaçı da bilir, həmin adamla onu iddiaçı tanış etmişdir. Bugün Familə verilən pulun tam şəkildə ondan tutulması ədalətsizdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə sənədlərdən görünür ki: Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-432/2022 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı 2297.41 manat əsas borcunun, 358.24 mamnat faiz borcunun, 30.11 manat cərimə borcu olmaqla, cəmi 2686.76 manat kredit borcu və ödənilmiş 54.37 manat dövlər rüsumçu tutularaq "xxxx" QSC-nin hesabına keçirilməsi qət edilmişdir. "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən X1 120 ay müddətinə 30.000 manat kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, 026R********** saylı kredit razılaşmasına əsasən, 18 ay müddətinə aylıq 2.0833 faiz olmaqla 3500 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmini kimi də İddiaçı ilə xx.xx.2018-ci il tarixli, 026S**********04 tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Göyçay rayonu üzrə Təhsil Sektorunun 40 (1)-601 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-432/2022 saylı icra vərəqəsi və qətnaməsi üzrə borclu İddiaçı əmək haqqısından 2945.69 manat tutularaq "xxxx" QSC nin hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 1673 saylı qəbzə əsasən İddiaçı tərəfindən 204 manat məbləğində icra ödənəşi həyata keçirilmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən zamin qismində xx.xx.2020-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış öhdəliyin icrası üçün 2945.50 manat məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan, İddiaçı cavabdehdən pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2945.50 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2945.50 (iki min doqquz yüz qırx beş manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1608/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1608/2024
29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver