Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-162/2020 02.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və iddiaçı “xxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakl ilə, iddiaçı xxxxxxxxxxx ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 02 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10750 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumun «xxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək tələbini belə əsaslandırmışdır ki, "xxxxxxxxxxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 17 iyun 2019-cu il tarixdə idarə etdiyi "Vaz 21074" markalı ** BS *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Yevlax-Şamaxı yolunun 123-cü km-liyi ilə hərəkət edən zaman əksistiqamətli hərərkət zolağına çıxmış və nəticədə, "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində "Vaz 21074" markalı ** BS *** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlər x11 və x9 vəfat etmiş, "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü x2 isə sağlamlığına yüngül xəsarət dəymişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı rayon istintaq bölməsində cinayət işi açılmış, "Vaz 21074" markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə baş verən zaman idarəetmə hüququ olmadan (sürücülük vəsiqəsi) avtomobili idarə etdiyi və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində CM-nin 263-1.4cü maddəsi ilə barısində hökm çıxarılmışdır. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində x7 ölümü ilə əlaqədar PME ********** saylı sığorta şəhadətnaməsinə, 04 sentyabr 2019-cu il tarixli İAS 192070 saylı Sığorta ödənişi aktına əsasən "xxxxxxxxxxxx" ASC tərəfindən 5000 manat, İAS 192100 saylı Sığorta ödənişi aktına əsasən x4 ölümünə görə 5000 manat, İAS 192124 saylı Sığorta ödənişi aktına əsasən x1 yüngül xəsarət dəyməsi ilə əlaqədar isə 750 manat və "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobilə 2500 manat ziyan dəyməsi ilə əlaqədar ümumilikdə 13250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh cəzaçəkmə müəssəsi vasitəsi ilə məhkəməyə iddianı qəbul etmədiyi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı «xxxxxxxxxxx» ASC-nin ondan subroqasiya qaydasında pul tələbini əsassız hesab edir. Belə ki, hadisə zamanı zərərçəkmişlərin hüquqi varislərinə diymiş maddi ziyan və avtonəqliyyat vasitəsinin sahibinə dəymiş ziyan ödənilmiş, bu barədə və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığı barədə notarial qaydada ərizələri də vardır. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş x8 dair məlumatın surətindən görünür ki, Cavabdeh məxsus «VAZ-21074» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.10.2017-cı il tarixdə bir il müddətinə «xxxxxxxxxxx» ASC tərəfindən sığrotalanmışdır. Məhkəməyə təqdim edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 17.01.2020-ci il tarixli hesabatdan görünür ki, "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə ümumilikdə 2500 manat məbləğində ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş 21.01.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sığortalı Cavabdeh idarə etdiyi «VAZ-21074» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə x2 idarə etdiyi "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş 2500 manat məbləğində ziyan «xxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş 11 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən x5 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş 04 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən x10 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş 19 sentyabr 2019-cu il tarixli və 23 yanvar 2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən x3 750 manat və 2500 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş x16 Məhkəməsinin 22.07.2019-cu il tarixli 1(101)-272/2019 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasında məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə iqtisad-ekspertizasının 12 may 2020-ci il tarixli 9/487 saylı rəyindən görünür ki, 17.01.2020-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2004-cü il buraxlışlı "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 2300 manat müəyyən edilmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Sadalananlardan görünür ki, sığortalanmış Cavabdeh 17 iyun 2019-cu il tarixdə idarə etdiyi «VAZ-21074» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı- Yevlax-Şamaxı yolunun 123-cü km-liyi ilə hərəkət edən zaman əksistiqamətli hərərkət zolağına çıxmış və nəticədə, x2 idarə etdiyi "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində "Vaz 21074" markalı ** BS *** dövlət nömrə nişanlı avtomobildə əyləşmiş sərnişinlər x11 və x9 vəfat etmiş, "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobilə 2300 manat ziyan dəymiş və sürücüsü x1 yüngül xəsarət dəymişdir. Həmin hadisə zamanı vəfat etmiş şəxslərin hər birinin hüquqi varislərinə 5000 manat, "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 2500 manat və həmin avtomobilin sürücüsü x1 dəymiş zərər görə 750 manat, ümumilikdə 13250 manat zərəçəkmişlərə ziyan dəymiş və həmin ziyan «xxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. Ekspert rəyindən göründüyü kimi "Qaz 3302" markalı ** OS *** dövlət nömrə nişanlı avtomobilinin təmir-bərpa işləri ümumilikdə 2300 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə 2300 manat məbləğində təmin edilməli, qeyd edilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» ASC «VAZ-21074» markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qanuni əsaslarla istifadəçisi olan Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 13050 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakı̇m İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-162/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-162/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver