Məhkəmə qərarları › İş №2(046)-163/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-163/2021

01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-163/2021 01.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X1 nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, mülkiyyətində olan həyətyanı torpaq sahəsinə ara divarı funksiyasını həyata keçirən evin divarında açılmış pəncərələrin və həyətimə açılmış qapının bağlanılması tələbinə dair mülki işə Göyçay şəhərində 01 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində açılmış pəncərələrin və ara divarında açılmış qapının bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddanı müdafiə edərək göstərmişdir ki, mülkiyyətində ünvan 2 ünvanda 073867 həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi vardır. Özünün və uşaqlarının xəstəliyi ilə bağlı 2019-cu ilin may ayının 1-dən 2020-ci ilin yanvar ayının 13-dək Bakı və Sumqayıt şəhərlərinə müayinə və müalicə olduğu üçün Göyçay şəhərində yaşamamışdır. Evə qayıtdıqdan sonra qonşusu Cavabdeh həyətlərinin arasında qapı yeri saxlanılmaqla mülkiyyətimdə olan hissədə ara divarı hördürdüyünün və ara divarı funksiyasını həyata keçirən öz evinin divarından həyətinə pəncərə açdığının görmüşdür. Cavabdeh ara divarı hördürdüyü üçün ondan 500 manat pul almışdır. Cavabdeh ara divarında qapı açılmasının səbəbi kimi öz evinin arxasına nəzarət edəcəyini göstərmişdir. Qonşu olduğu üçün cavabdehin qanunsuz hərəkətlərinə humanistlik göstərmişdir. Lakin təxminən iki ay əvvəl cavabdehin evinin damından onun həyətinə axan suyun evinin bünövrəsinə zərər vurduğunu müəyyən etmiş və bünövrənin möhkəmləndirilməsi üçün usta çağırmış, ustalar evinin bünövrəsini qazıb karkas qoyaraq beton tökdürmüşdür. İyun ayının 20-də evdə olarkən yataq otağının pəncərəsi ilə üzbəüz cavabdehin öz evini divarından pəncərə açıldığını görmüş və cavabdehə etirazını bildirərək yataq otağımın pəncərəsi ilə üzbəüz pəncərənin açılmasının mentalitetə uyğun gəlmədiyini irad tutub pəncərə deyil nəfəslik açılmasını xahiş etmiş, lakin cavabdeh nəfəslik açarsa evinin görkəminin pozulacağını söyləyərək pəncərə yerini bağlamamışdır. İki azyaşlı övladı nevroloji xəstə olmaqla əlilldilər və cavabdeh uşaqların yataq otağının pəncərəsi ilə üz-üzə kondisioner quraşdırmışdır ki, kondisionerin səsi xəstə uşaqlarını narahat edir. Ümumiyyətlə cavabdeh və ailə üzvləri ara divarda açılmış qapıdan istədikləri vaxt həyətinə girir, narahat edirlər. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qapı açaraq həyətinə girməklə və ara divarı funksiyasını həyata keçirən divarda pəncərə açmaqla mülkiyyət hüquqlarını pozur. Buna görə də iddianın təmin edilməsi xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa tərəfində iddiaçının fərdi yaşayış evi yerləşir. Özünə məxsus fərdi yaşayış evinin arxa tərəfindən pəncərə açmışdır. Hesab edir ki, qanuna uyğun hərəkət etmişdir. Ona görə ki, qeyd edilən pəncərələr onun evinin normal havalandırılmasını təmin edir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin X4 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 14.07.2020-ci il tarixdə iddiaçı X2 adına xüsusi mülkiyyət hüquq əsasında dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin X4 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, çay şəhəri Ə.Cavad küçəsi dalan 1, ev 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi 17.04.2011-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüquq əsasında dövlət qeydiyyatına alınmışdır. Məhkəmə Texniki Tikinti Ekspertizasının 02.04.2021-ci il tarixli rəyində görünür ki, Göyçay şəhəri Ə.Cavad küçəsi 2, 1 -ci dalanda yerləşən Cavabdeh yaşayış evinin 1 -ci mərtəbəsində 1,1x1,9m ölçüdə, ikinci mərtəbəsində 1,1x1,9m və 1,6x1,6m ölçüdə pəncərə və evinin arxa hissəsinə açılan qapı boşluğları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 19.04.2011 -ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunda nəzərdə tutulmadığını nəzərə alaraq, həmin açılmış pəncərə və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1 bəndinin tələblərinə uyğun deyildir.Cavabdehə məxsus fərdi yaşayış evinin yağış suları iddiaçı ilə cavabdehin yaşayış evinlərinin arasında olan boşluğu axıdıldığı müəyyən olunmuşdur. Lakin İddiaçı evinə baxış zamanı hər-hansı bir ziyan dəydiyi müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarından yəni, iddiaçı X1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarının pəncərələri ilə üzbə-üz pəncərə açmış, hər iki divar arasında ola boşluğa həyəti tərəfdən qapı açmışdır. İddiaçı X5 Cavabdeh tərəfindən açılmış pəncərələrdən onun evinin içərisini göründüyünü iddia edir və həmin qapı və pəncərələrin bağlanmasını tələb edir. İddiaçı cavabdehin bu hərəkətlərini mülkiyyətində olan fərdi yaşayış evindən sərbəst istifadə hüququnu məhdudlaşdırılması kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh tərəfindən fərdi yaşayış evində açılmış pəncərələr və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 70.1-ci maddəsinin tələblərinə uyğun formada inşa edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan ünvan 2 yerləşən fərdi yaşayış evinin arxa divarı ilə üzbə-üz Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin divarından pəncərələr və həyətyanı torpaq sahəsində qapı açıldığından iddiaçının özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadəsinə maneələr yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdehnın bu hərəkətləri nəticəsində iddiaçı X2 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları pozulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Avropa Məhkəməsi Broniovski Polşaya qarşı işdə qeyd etmişdir ki, 1 saylı protokolun 1-ci maddəsinin birinci hissəsindəki mülkiyyət anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən aslı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da mülkiyyət hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün mülkiyyət hesab edilə bilər. Hər bir konkret işdə araşdırılmalı olan məsələ ondan ibarət olmalıdır ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərələri ilə üzbə-üz açılmış pəncərələrin və torpaq sahəsindən açılmış qapının bağlanması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 10 manat dövlət rüsumu ödəmişdir. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və ekspertiza xərci olan 100 manat pul Cavabdeh aid edilməli, 10 manat dövlət rüsumu Cavabdeh alınaraq X3 verilməli, 100 manat məhkəmə xərci Cavabdeh tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbyacan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 Cavabdeh qarşı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərələri ilə üzbə-üz açılmış pəncərələrin və torpaq sahəsindən açılmış qapının bağlanması barədə tələbi təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa tərəfindən, iddiaçı X1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxa hissəsinə Cavabdeh tərəfindən açılmış pəncərələr və qapı boşluqu cavabdehin vəsaiti hesabına bağlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu olan 10 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X3 verilsin. İddiaçı Cavabdeh 100 manat məhkəmə xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar