Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1712/2022 26.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqress hüququ əsasında 238.12 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2611/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 26S000003651 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış 23 avqust 2021-ci il tarixli **********0 nömrəli məktubda qeyd olunur ki, Göyçay rayon məhkəməsinin 24 iyun 2016-cı il tarixli 2(046)-2620/2016 saylı məhkəmə əmrinə əsasən borclunun təqaüdündən 50 % miqdarında pul tutulması xahiş edilmişdir. Tələbə əsasən ünvan 1 ünvanda yaşayan vətəndaş X2 pensiyasından iki ay 238,12 (iki yüz otuz səkkiz manat, 12 qəpik) manat tutularaq "xxxx" QSC-nə köçürülmüşdür. (May ayı - 119,06 manat; İyun ayı- 119.06 manat) Lakin sonradan Göyçay rayon icra və Probasiya söbəsinin xx.xx.2020-ci il tarixli 2620/2016 saylı məktubuna əsasən İddiaçı təqaüdündən pul tutulmasının dayandırılması və ondan tutulmuş məbləğin ona geri qaytarılmasına dair məktub daxil olmuşdur. Həmin aydan yəni xx.xx.2020-ci il tarixdən tutulma dayandırılmışdır. Lakin iki ay tutulmuş vəsait artıq "xxxx" QSC-nə köçürüldüyündən vəsaiti onlar tərəfindən qaytarılması mümkün deyil.Göründüyü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 26S000003651 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Göyçay rayon Məhkəməsinin əmrinə əsasən mənim pensiyamdan tutulub cavabdeh AccessBank QSC-nin hesabına köçürülmüşdür. Həmin əmr ləğv edilmişdir, lakin pensiyasından 2 ay tutulmuş 238,12 manat pul ona qaytarılmamışdır, hesab edir ki, pensiyasından tutulmuş 238.12 manat pul geri qaytarılmalıdır, belə ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 13 saylı Regional Ərazi filialına müraciət etmiş, pensiyasından tutulmuş 238.12 manat pulun ona geri qaytarılması xahiş edilmişdir, lakin iki ay tutulmuş vəsait artıq cavabdeh AccessBank QSC-nin hesabına köçürüldüyündən vəsaitin onlar tərəfindən qaytarılması mümkün olmamışdır. Bu səbəbdən hesab edir ki, pensiyasından tutulmuş 238.12 manat pul cavabdeh AccessBank QSC-dən tutulub İddiaçı ödənilməlidir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-2620/2016 saylı məhkəmə əmrindən görünür ki, kredit müqaviləsi üzrə 1820.91 manat kredit borcunun və 20 manat dövlət rüsumunun iddiaçı X1 və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon məhkəməsinin 24 iyun 2016-cı il tarixli 2(046)-2620/2016 saylı məhkəmə əmrinə əsasən borclunun təqaüdündən 50 % miqdarında pul tutulması xahiş edilmişdir. Tələbə əsasən ünvan 1 ünvanda yaşayan vətəndaş X2 pensiyasından iki ay 238,12 (iki yüz otuz səkkiz manat, 12 qəpik) manat tutularaq "xxxx" QSC-nə köçürülmüşdür. (May ayı - 119,06 manat; İyun ayı- 119.06 manat) Lakin sonradan Göyçay rayon icra və Probasiya söbəsinin xx.xx.2020-ci il tarixli 2620/2016 saylı məktubuna əsasən İddiaçı təqaüdündən pul tutulmasının dayandırılması və ondan tutulmuş məbləğin ona geri qaytarılmasına dair məktub daxil olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh AccessBank QSC-nə olan kredit borcundan İddiaçı tərəfindən 238.12 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə AccessBank QSC-nə ödənilmiş 238.12 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 238.12 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 238.12 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1712/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1712/2022
26.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver