Məhkəmə qərarları › İş №2(046)-1725/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1725/2023

15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1725/2023 15.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4245 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X3 2021-ci ildən tanıyır. Hazırda həbsdə olan oğlu Qənimət X1rkən cavabdehlə həmin vaxt həmin Təcridxanada tanış olublar. Cavabdeh həbsdən çıxdıqdan sonra onun mobil telefonuna zəng edərək Qənimətin yanından gəldiyini və onunla görüşmək istədiyini bildirmiş, cavabdehlə görüşmüş, cavabdeh ona Qənimətin həbsdən buraxılması üçün Səməd tanışı olduğunu, bunun üçün 4000-4500 manat pul lazım olduğunu bildirmişdir. Evdə olan 2000 manat pulu öz evində cavabdehə vermiş, bundan 10 gün sonra poçt vasitəsilə cavabdehə daha 1900 manat pul göndərmişdir. Daha sonra cavabdeh ona bildirmişdir ki, qayınatasından 6500 manat pul alaraq bu işin düzəlməsi üçün vermiş və bu pulu ona hissə-hissə qaytarmalıdır. Göyçay şəhərində 1300 manat, öz evində 800 manat, daha sonra 08 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 150 manat, 10 avqust 2020-ci il tarixdə 200 manat, 50 manat isə həyat yoldaşının adına Göyçay şəhərinə pul göndərimişdir.Lakin heç bir iş görülmədiyindən cavabdehə polisə şikayət edəcəyini bildirmiş, cavabdeh ondan şikayət etməyini, gecikmədə krediti olduğunu, 200 manat olsa 2000 manat kredit götürüb pulu ona verəcəyini bildirmişdir. Ona cəmi 115 manat pulu olduğunu bildirmiş və 07 mart 2021-ci il tarixdə 115 manat pulu cavabdehin anası Səbirə Yusifovanın adına "E-manat" elektron ödəmə sistemi vasitəsilə Göyçay şəhərinə göndərmişdir. Yenə də heç bir müsbət nəticə əldə edilmədiyindən polisə şikayət edərək pulunu tələb etmişdir. Yalnız bundan sonra cavabdeh aldığı puldan 110 manat, 170 manat, 500 manat, sonuncu dəfə isə 1500 manat olmaqla cəmi 2270 manat pul qaytarmamışdır. Zərdab Rayon Polis Şöbəsinin İQ-nin müstəntiqi polis mayoru X5 "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 18 yanvar 2022-ci il tarixli qərarı ilə bu material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməyi ona izah edilmişdirBeləliklə, Cavabdeh Nurməhəmməd oğlundan mənə olan borcu 4245 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində edilmiş müraciət üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş HK-1/129 saylı material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, 1 ildir ki, Cavabdeh tanıyır. Həbsdə olan oğlu Qənimət X1rkən Cavabdeh da həmin vaxt Təcridxanada cəza çəkərkən biri-birləri ilə tanış olmuş, Cavabdeh həbsdən çıxdıqdan sonra onun mobil telefonuna zəng edərək Qənimətin yanından gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. 2020-ci ilin iyun ayında onlar görüşmüş və Loğman Qənimətin həbsdən buraxılması üçün Səməd tanışı olduğunu, bunun üçün 4000-4500 manat pul lazım olduğunu bildirmişdir. O, evində olan 2000 manat pulu öz evində, Zərdab rayonu Çallı kəndində Loğmana vermişdir. Bundan 10 gün sonra o, poçt vasitəsi ilə Loğmana, 1900 manat pul göndərmişdir. Loğman ona qayınatasından 6500 manat pul alaraq bu işin düzəlməsi üçün verdiyini və həmin məbləğin ona hissə-hissə verilməsini dediyindən o, həmin məbləği hissə-hissə ödəməyə başlamışdır. Bundan sonra Loğmanın yaşadığı Göyçay şəhərində Loğmana 1300 manat, 800 manat öz evində, daha sonralar 08 avqust 2020-ci il tarixdə poçt vasitəsi ilə 150 manat, 10 avqust 2020-ci il tarixdə 200 manat, 50 manat isə həyat yoldaşının adına Göyçay şəhərinə pul göndərmişlər. Lakin heç bir iş görülmədiyindən o, polisə şikayət edəcəyini Loğmana demiş, lakin Loğman şikayət etməməsini xahiş edərək krediti olduğunu və krediti gecikmədə olduğundan əlavə kredit götürə bilmədiyini, 200 manat olsa kreditini ödəyib 2000 manat kredit götürə biləcəyini və həmin 2000 manat pulu ona verəcəyini bildirmiş, o da cəmi 115 manat pulu olduğunu və 07 mart 2021-ci il tarixdə 115 manat pulu Loğmanın anası Səbirə Yusifovanın adına «E manat» elektron ödəmə sistemi vasitəsi ilə Göyçay şəhərinə göndərmiş, yenə də müsbət nəticə əldə edilmədiyindən polisə şikayət edərək pullarını tələb etmişdir. Bundan sonra Cavabdeh ona aldığı puldan 110 manat, 170 manat, 500 manat, axırıncı dəfə isə 1500 manat olmaqla cəmi 2270 manat pul ödəmişdir. Məhkəməyə təqdim edilmiş HK-1/129 saylı material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2019-cu ilin noyabr ayında X7 həbsdə olarkən Zərdab rayon Çallı kənd sakini X8 ilə tanış olmuş, Qənimət ona həbsdən buraxıldıqdan sonra onun da həbsdən buraxılmasına köməklik edilməsini xahiş etmiş, 30 aprel 2020-ci il tarixdə həbsdən buraxıldıqdan sonra o, Qənimətin valideynləri ilə görüşmüş, Qənimətin atası İddiaçı vəkil üçün 1400 manat pul lazım olduğunu, o,həmin pulu tapa bilmədiyini demiş, ondan 10 gün müddətinə 1400 manat pul istəmiş, o, qohumundan 1400 manat pul alaraq həmin pulu Göyçay şəhərində evində Tehrana vermiş, Tehran 10 gün ərzində pulu verə bilmədiyindən həmin pulu Naftalanda yaşayan qayınatasından aldığını, qayınatasının avtomobilinin mühərrikinin xarab olduğunu və pul lazım olduğunu Tehrana demiş, 1000 manat pulu Tehrandan almış, 3 gündən sonra 400 manat pulu Tehrandan almış və qohumundan aldığı 1400 manatı qaytarıb vermişdir. Bu hadisələrdən bir neçə gün sonra onun övladının xəstələnməsi səbəbindən ona 3300 manat pul lazım olmuş, Tehranın evinə gedərək "xxxx" MMC-də işləməsi ilə əlaqədar məvacib kartını Tehrana verərək Tehrandan borc olaraq 3300 manat pul istəmiş, təxminən 10 gün sonra Tehran ona poçt vasitəsi ilə 1900 manat pul göndərmiş, daha sonra poçt vasitəsi ilə 150 və 200 manat pul göndərmiş, Göyçay şəhərində evində ona 900 manat pul vermişdir. O, Tehranın 3300 manatını qaytardıqdan sonra əlavə olaraq 1800 manat pul verəcəyini demiş, həmin 3300 manat puldan 2770 manatı hissə-hissə ödəmişdir. Axınncı dəfə İddiaçı ona anası Səbirənin adına 115 manat pul göndərmiş, o, həmin pulu Göyçay şəhərində bankomatdan çıxarmışdır. Əlavə olaraq izahat verərək xx.xx.2021-ci il tarixdə İddiaçı poçt vaitəsi ilə 1500 manat pul göndərmiş, həmçinin anası X2 adına olan pensiya kartını da İddiaçı vermişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı ona cəmi 3300 manat pul verib. Həmin pulu xəstə oğlunun müalicəsi üçün və evinin təmiri üçün götürmüş, əvəzində İddiaçı əmək haqqı kartını vermişdir. "xxxx" MMC-də fəhlə işləmiş, ayda 220 manat əmək haqqı almış, İddiaçı həmin kartdan xx.xx.2020-ci il tarixdə 241 manat pul çıxarmış, xx.xx.2020-ci il tarixdə 241 manatdan 170 manat götürmüş və 50 manat ona göndərimişdir. Axırıncı dəfə 07 mart 2021-ci il tarixdə İddiaçı anası X2 adına olan 4169 7332 2221 1018 seriya nömrəli bir karta 115 manat pul göndərib və həmin pulu Göyçay şəhərində Nizami küçəsində yerləşən bankomatdan çıxarmışdır. Həmin pulları Göyçay şəhərində poçtdan götürmüş, 1000 manatı isə onun evində götürmüşdür. xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanına 1500 manat pul göndərmiş, həmin pulun İddiaçı göndərilməsi barədə Göyçay rayon poçtunun qəbzini və maaş kartından çıxarışı- yəni 241 manat və 170 manatın İddiaçı tərəfindən çıxarılması barədə çıxarışı təqdim edir. Bundan başqa 505 manat İddiaçı qohumu Zamin adlı şəxsə Xətai rayonu Kazımağa Kərimov küçəsində yerləşən «Arif» marketdən «eMANAT» vasitəsi ilə kartına göndərmiş, əlavə olaraq İddiaçı ona zəng vurub oğlunun Şüvəlan həbsxanasında olduğunu bildirmiş, 100 manat pul göndərməyini xahiş etmiş, o da taksi ilə həmin pulu göndərmişdir. Bundan əlavə «Neftçilər» metorosunun yaxınlığında yerləşən kafedə İddiaçı əli ilə 2000 manat pul vermişdir. Beləliklə, İddiaçı ümumilikdə 4518 manat pul vermişdir. İddiaçı isə ona cəmi 3300 manat pul vermişdir. Əlavə tələb etdiyi pulun faizidir. İddiaçı ondan oğlunun həbsdən çıxarılması üçün kömək istəyəndə qayınatasının Səməd adlı dostu olmasını və ondan xahiş etməsini demiş, ancaq o, Səmədlə bu barədə söhbət etməmişdir. Məhkəməyə təqdim edilmiş HK-1/129 saylı materialda olan, İddiaçı tərəfindən təqdim edilmiş foto şəkillərə vizual baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh sayı müəyyən edilməyən pul vəsaiti verilmişdir. Məhkəməyə təqdim edilmiş HK-1/129 saylı materialda olan səs yazıları dinlənilərkən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı, İddiaçı oğlunun həbsdən azad edilməsi ilə bağlı pul vəsaiti almışdır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh 200 manat pul xx.xx.2020-ci il tarixdə, 50 manat pul xx.xx.2020-ci il tarixdə iddiaçının arvadı X9 tərəfindən, 150 manat pul xx.xx.2020-ci il tarixdə, 1900 manat pul xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən göndərilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh anasının kart hesabına 115 manat pul xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən 1500 manat pul xx.xx.2021-ci il tarixdə İddiaçı göndərilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 2020-2021-ci illər ərzində 6500 manat pul verdiyini, həmin puldan Cavabdeh 2270 manatını qaytardığını, 6245 manat borcu qaldığını iddia edir və həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh nağd şəkildə öz evində 2000 manat, xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə 1900 manat, xx.xx.2020-ci il tarixdə nağd şəkildə Cavabdeh məxsus evdə Göyçay şəhərində 1300 manat, xx.xx.2020-ci il tarixdə arvadı X6 adından poçt vasitəsi ilə 200 manat, xx.xx.2020-ci il tarixdə nağd şəkildə öz evində 800 manat, xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə 150 manat pul olmaqla cəmi 6350 manat pul vermiş, Cavabdeh həmin puldan 2270 manatını iddiaçıya qaytarmış, 4080 manat pulu isə qaytarmamışdır. Yuxarıda göstərilən xüsusatlar məhkəmə baxışı zamanı tədqiq edilmiş, ödəniş qəbzləri, audio səs yazıları, foto şəkillər və tərəflərin Zərdab RPŞ-də verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı İddiaçı 4245 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 4080 manat pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 62.60 manat dövlət rüsumunun, 60.80 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4080 manat pul və iddianın təmin edilmiş hissəsinə nisbətdə 60.80 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4080 manat pul və 60.80 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar