Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1733/2023 15.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3800 manat pulun və 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, cavabdeh Yusifov X1 rayon Başlıbel kəndində qeydiyyatdadır. Buna görə də mülki işin baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi İddiaçı oğlunun Kəlbəcər rayon Başlıbel kəndində qeydiyyatda olan Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla Göyçay Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Belə ki, iddiaçı səhvən cavabdehin yaşadığı ünvanı ünvan 1ünür ki, Yusifov X1 rayon Başlıbel kəndində qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdehnın yaşadığı yer üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdehnın yaşadığı yer üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1733/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1733/2023
15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver