Məhkəmə qərarları › İş №2(046)-1734/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1734/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1734/2023 20.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d ı̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 07 iyul 2011-ci il tarixli AN-İ ******* nömrəli notarial təsdiqli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 evi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 almışdır. Hazırda həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bildirir ki, müqavilənin şərtləri qarşılıqlı olaraq hər iki tərəfdən əməl olunduqdan sonra, yəni alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra cavabdehlər həmin evdən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaları barədə satıcının üzərinə düşən vəzifələrini bu günə kimi icra etməmişdilər. Belə ki, cavabdehlərin hər üçü hal-hazırda həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdehlərin həmin evdə qeydiyyatda olmaları ona əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehlərin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 evə dair istifadə hüquqlarına xitam verilməlidir.Buna görə görə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evini İddiaçı satmışdır. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2011-cı il tarixli MA ******* saylı Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 fərdi yaşayış evində qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 fərdi yaşayış evində qeydiyyatda qalması İddiaçı mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı̇ İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsinə dair tələbi təmin edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar