Məhkəmə qərarları › İş №2(046)-180/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-180/2021

24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-180/2021 24.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1689 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə müqavilə bağlamış, Pambıq bitkisinin əkilib becərilməsində istifadə olunan texnikalarla, mineral gübrələrlə, lazım olan kimyəvi peraparatlarla, məhsulun daşınmasında istifadə olunan texnikaların təşkili, hər hektara görə çalışan işçilərin əmək haqlarının verilməsini cavabdeh öz üzərinə götürmüşdür. Üzərinə düşən öhdəliyi lazımınca icra etmiş, belə ki, MTK İK MMC ilə aralarında bağlanmış xx.xx.2016-ci il tarixli müqaviliyə əsasən 118.748.30 manat avans götürmüş və cavabdeh də olmaqla kənd nümayəndələrinə təhvil verimişdir. Cavabdeh pulu qəbul etməsi ilə bağlı qəbz imzalamışdır. Cavabdehlə müqavilənin şərtlərinə əsasən cavabdeh hər hektara görə 1000 kq Pambıq vermədiyi təqdirdə, hər kq görə 0.50 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 3378 kq Pambıqı əskik vermişdir. Buna görə də cavabdehdən hər kq görə (0.50*3378=1689 manat) pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı qarşı müqavilə üzrə 1689 manat borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Göyçay rayon Qaraman kənd nümayəndəsi Cavabdeh ilə İddiaçı oğu ilə arasında bağlanmış müqaviləyə əsasən hər hektara görə 1000 kiloqram Pambıq vermədiyi təqdirdə, hər kiloqrama görə 0.50 manat pul ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında həmin ilin Pambıq yığımı mövsümü üçün xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin qüvvədə olma müddətindən 5 ilə yaxın müddət keçdiyi əsas götürülməli, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı İddiaçı Cavabdeh 1689 manat borcu tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 1689 manat pulun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar