Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1834/2023 04.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X4 Firudin oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh ASC-yə müqavilənin bağlanmış hesab edilməsi və müqaviləsinin etibarlı olması barədə tələbinə dair məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Təsərrüfatlararası Sənaye Tikinti Birliyinin xx.xx.1995-ci il tarixli, 37 saylı əmri ilə Cavabdeh Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 265 saylı əmri və xx.xx.1995- ci il tarixli 143 saylı əmri əsasında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona satılmasına dair müqavilənin bağlanılmış hesab olunması və həmin müqavilənin etibarlı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay Filialının hüquqi ünvanı ünvan 2z edilməsini xahiş etdiyindən,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Cavabdeh ASC-in Göyçay «Aqrartikinti» filialı Cavabdeh ASC-i ilə əvəz edilmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. «AZEMİS» elektron məhkəmə informasiya sistemi çıxarışından görünür ki, Cavabdeh hüquqi ünvanı ünvan 3ki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 4ti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.Ona görə də iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin bağlanmış hesab edilməsi və müqaviləsinin etibarlı olması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı müqavilənin bağlanmış hesab edilməsi və müqaviləsinin etibarlı olması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1834/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1834/2023
04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver