Məhkəmə qərarları › İş №2(046)-1840/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1840/2023

18.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1840/2023 18.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqaviləyə əsasən ödəmədiyi aylıq borca görə 300 manat, avtomobilinə vurduğu maddi zərərə görə 1500 manat və iddia tələbinə görə dövlət rüsumuna ödədiyi 38 manat, cəmi 1838 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Göygöl rayon Məhkəməsinin hesabına qiymətləndirilən iddia ərizəsinə görə 38 manat rüsüm ödəmişdir. Göyçay Рayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı qiymətləndirilən iddia ərizəsinə görə Göyçay Рayon Məhkəməsinin hesabına 38 manat dövlət rüsumu ödəməli olduğu halda, Göygöl Рayon Məhkəməsinin hesabına 38 manat ödədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maнe olmaması izah olunmuşdur.Buna baxmayaraq İddiaçı iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanları aradan qaldırmadan ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı qiymətləndirilən iddia ərizəsinə görə Göyçay Рayon Məhkəməsinin hesabına 38 manat dövlət rüsumu ödəməli olduğu halda, Göygöl Рayon Məhkəməsinin hesabına 38 manat ödədiyi qəbzi iddia ərizəsinə əlavə etmiş, bu hal isə iddia ərizəsinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ödənilmiş dövlət rüsumu ilə geri qaytarılmalı,iddiaçıya izah olunmalıdır ki,nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göygöl Рayon Məhkəməsinin hesabına ödənilmiş 38 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar