Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1875/2022 12.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Göyçay rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «subyektlər siyahısının qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Göyçay rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «subyektlər siyahısının qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 647,83 m2 torpaq sahəsinə dair tərtib edilmiş subyektlər siyahısının Cavabdeh və X4 münasibətdə etibarsız hesab edilməsi barədə qətnamı çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mərhum X12la rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından iki uşaqları doğulmuşdur. Toy mərasimi olduqdan sonra X12 ünvan 2 dalanın 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşlər. Qardaşı vəfat edənədək Cavabdeh həmin ünvanda yerləşən evdə yaşamışdır. Onların yaşadığı evə dair hüquq müəyyənedici sənədlər olmadığı üçün cavabdeh valideynlərinə məxsus, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən evdə, X12 isə başqa ünvanda pasport qeydiyyatında olmuşdur. X12 2012-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh sonuncu ilə yaşadığı evi satmış və Göyçay rayonundan köçüb getmişdir. 16 iyul 1996-ci il tarixli «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Göyçay şəhər ərazisində islahat aparılmış, vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Sözügedən qanunun tələblərinə uyğun olaraq Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarına əsasən ailə başçısı kimi X9 və ailə üzvlərinin mülkiyyətinə 647,83 m2 torpaq sahəsi verilmiş və bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. X16 miras qalmış fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün müvafiq sənədlərlə qeydiyyat orqanına müraciət edilmiş, sənədləri araşdıran qeydiyyat orqanı pay almaq hüququ olan subyektlər siyahısında olan şəxslərin şəxsiyyət vəsiqəsini tələb etmiş, bu zaman məlum olmuşdur ki, subyektlərin sıyahısı tərtib edilərkən 16 iyul 1996-cı il tarixədək, yəni «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi günədək ünvan 3 ünvanda qeydiyyatda olmayan və həmin ünvanda yaşamayan Cavabdeh və mərhum qardaşı X2 adı həmin siyahıya daxil edilmişdir. İşin faktiki hallarından görünür ki, subyektlərin siyahısı tərtib edilərkən yuxarıda istinad olunan qanunun tələbləri pozulmuş, sözügedən qanun qüvvəyə mindiyi günədək Göyçay şəhəri ərazisində yaşamayan, başqa sözlə ifadə etdikdə islahatın predmeti olan 647,83 m2 torpaq sahəsinin yerləşdiyi ünvan 5 ünvanda qeydiyyatda olmayan Cavabdeh və mərhum X2 adları subyektlərin siyahısına daxil edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Göyçay rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2010-cu il tarixdə 360 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə Göyçay şəhərində yerləşən 647,83 m2 həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş 12 may 1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri Ə.Qarayev küçəsində yerləşən 12 saylı ev paylı mülkiyyət hüququ üzrə (vərəsəlik şəhadətnaməsinə əsasən) ½ hissədə İddiaçı, ½ hissədə X5 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 14 sentyabr 2022-ci il tarixli 018-21356-1222 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh xx.xx.1988-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 6-də, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Göyçay şəhəri İ.Göyçaylı küçəsi ev 12də qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxmışdır. xx.xx.1962-ci il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdən xx.xx.2012-ci il tarixədək ünvan 6 ünvanda, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Göyçay şəhəri Ə.Qarayev küçəsi ev 14də qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. - Azərbaycan Respublikası DİN Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 03 oktyabr 2022-ci il tarixli 018-23015-1222 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdən ünvan 6 ünvanda qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh xx.xx.1988-ci il tarixdən ünvan 6 ünvanda, xx.xx.2017-ci il tarixdən hal-hazıradək ünvan 7 qeydiyyatdadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 21 sentyabr 2022-ci il tarixli **********86 saylı məktubundan görünür ki, Göyçay şəhər adlı siyahısında (DBF) 448-ci qrafada aşağıdakı tərkibdə ailə üzvlərinin adları qeyd edilmişdir: İddiaçı, X10, X7, X6, Cavabdeh. - Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2-1(116)-1081/2022 saylı qərarından görünür ki, iddiaçı X11 cavabdeh Göyçay RPŞ-yə qarşı «iddiaçıya məxsus olan ünvan 7 yerləşən fərdi yaşayış evindən Cavabdeh, X3 və X19 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh, X3 və X19 iddiaçı X13 məxsus ünvan 7n qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Göyçay RPŞ-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Göyçay şəhəri ərazisindən 647,83 m2 torpaq sahəsi ayrılmış və bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Göyçay şəhəri üzrə torpaq payı almaq hüququ olan şəxslər barədə siyahı tərtib edilərkən, subyektlər sıyahısında Göyçay şəhəri, keçmiş Ə.Qarayev küçəsi, hazırda İ.Göyçaylı küçəsi 14 ünvanda yaşamayan hazırki iş üzrə Cavabdeh və mərhum X2 adları qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, subyektlər siyahısı tərtib edilərkən Cavabdeh və mərhum X1 şəhəri, keçmiş Ə.Qarayev küçəsi, hazırda İ.Göyçaylı küçəsi 14 ünvanda yaşamamışlar. Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarından da görünür ki, X11 tələbi üzrə hazırki iş üzrə Cavabdeh ünvan 7n qeydiyyatdan çıxarılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edilmişdir ki, Cavabdeh ünvan 11 ünvanda qeydiyyatda olmamışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 1ci hissəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalımüəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. İstinad olunan qanun normasının mənasından görünür ki, yalnız islahatın predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə (ünvanda) bu qanun qüvvəyə mindiyi günədək yaşayan şəxslərin özəlləşdirilən torpaqlardan pay almaq hüququ təsbit edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Göyçay şəhəri, keçmiş Ə.Qarayev küçəsi, hazırda İ.Göyçaylı küçəsi 14 ünvanda yerləşən 647,83 m2 torpaq sahəsinə dair tərtib edilmiş subyektlər siyahısının 448 qrafada adları qeyd edilmiş Cavabdeh və X4 münasibətdə etibarsız hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay şəhəri, keçmiş Ə.Qarayev küçəsi, hazırda İ.Göyçaylı küçəsi 14 ünvanda yerləşən 647,83 m2 torpaq sahəsinə dair tərtib edilmiş subyektlər siyahısının 448 qrafada adları qeyd edilmiş Cavabdeh və X4 münasibətdə etibarsız hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1875/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1875/2022
12.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver