Məhkəmə qərarları › İş №2(046)-189/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-189/2021

01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-189/2021 01.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 və Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı çıxarışın etibarsız sayılması və mülkün əvvəlki vəziyyətə qaytarılması və Cavabdeh tərəfindən fərdi yaşayış evinə köçürülmə barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Vaqif küçəsi 65 ünvanda yerləşən həyətyani torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair çıxarışın etibarsız hesab edilməsi və miras qalmış mülkin əvvəlki vəziyyətinə qaytarılmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddiaya mahiyyəti üzrə baxılması və arvadı X9 ilə birlikdə Göyçay şəhəri Vaqif küçəsi 65 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edərək Cavabdeh qarşı qaldırdıları iddiadan imtina etdiklərini və mülki işin onlara aid hissədə xitam verilməsini xahiş etmişlər. İlkin iddia üzrə İddiaçı1 iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Vaqif küçəsi ev 65-də yaşayımışdır. Ailə həyatı qurduqdan sonra X2 və analığı Quliyeva Ruqiyyə ilə münasibətləri kəsilməmiş və daima onların qayğılarına qalmışdır. Cavabdeh isə subay vaxtından valideynlərinə qarşı daima kobud rəftar etmişdir. Bunun da nəticəsində sağlığında məhrum atası onu evdən qovmuşdur. Bundan sonra X2 2013-cü ildə Göyçay rayon Məhkəməsinə müraciət edərək “Xüsusi mülkiyyətində olan evin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixdə çıxarılmış qətnamə əsasında təmin edilmişdir. Atasının sağlığında cavabdeh tərəf bir dəfə də olsun valideynlərini ziyarət etməmiş, onların qayğısına qalmamışdır. X2 xx xxxxxx 2017-ci il tarixdə, analığı X8 isə xx xxxxxx 2019-cu ildə vəfat etmişlər. Onların vəfatından əvvəl və sonra da atasının mülkindən istifadə və idarə etmiş, bu gün də idarə edir. Atası sağlığında bildirmişdir ki, vəfat edəndən sonra ata mülkindən qalmış miras tam bərabər hissədə uşaqlar arasında, yəni cavabdehi çıxmaq şərti ilə bölünməlidir. Vəfatından əvvəl də bütün övladlarının yanında bu vəsiyyətini söyləmişdir. Atası vəfatından sonra Cavabdeh miras hüququ olan qardaş-bacılara xəbər göndərərək bildirdi ki, müharibə veteranı olduğu üçün özəlləşmə ucuz həyata keçiriləcəkdir. Buna görə də atasından qalmış evi onun adına özəlləşdirək və bundan sonra həmin ev həyətlə birlikdə onun tərəfindən satılacaqdır. Alqı-satqıdan sonra ona düşən payı verəcəkdir. Aralarında bununla bağlı şifahi razılaşma olduğunu nəzərə alaraq ona inanıb evin və həyətin onun adına özəlləşməsinə razılıq ərizəsi vermişdir. Lakin bir neçə aydan sonra məlum olmuşdur ki, onun niyyəti atasından qalmış mirası əlinə keçirmək olmuşdur. Dəfələrlə ona bildirmişdir ki, evi və torpaq sahəsini satsın. Lakin cavabdeh ilk zamanlar ona evi satmaq istədiyini bildirsə də sonradan məlum olmuşdur ki, cavadbdeh onu aldadır, vaxt uzadır. Buna görə də Göyçay şəhəri Vaqif küçəsi 65 ünvanda yerləşən həyətyani torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair çıxarışın etibarsız hesab edilməsi və miras qalmış mülkin əvvəlki vəziyyətinə qaytarılması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 ilkin iddianı qəbul etməmiş və qarşılıqlı iddianının predmentinin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh mərhum X2ndan miras qalmışdır. Digər vərəsələr miras əmlakı nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Qanun üzrə birinci növbə vərəsələr o, cümlədən hazırki iş üzrə iddiaçı İddiaçı1 mirası faktiki qəbul etməmələri barədə notariat ofisinə ərizə vermişlər. Bundan sonra Cavabdeh miras əmlaka vərəsəlik hüququ əldə etmişdir. Miras əmlak onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Öz evinin yerləşdiyi torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərində torpaq ayırıcı hasarı sökən cavabdeh bundan sui-istifadə edərək onu mülkiyyətində olan həyətə və evə buraxmır. Bununla da İddiaçı1 Cavabdeh mülkiyyətdən istifadə hüququna maneəçilik törədir. Buna görə də ilkin iddianın rədd edilməsi və Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.048 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdeh İddiaçı1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 və maraqlı şəxs Dövlət Reyestr xidəmitə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X10 ilə X8 xx.xx.2005-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, X10 xx.xx.2017-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi üzrə nümayəndələyi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X13 şəhəri Vaqif küçəsi ev 63-də qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş İddiaçı3,İddiaçı2 Əlirza qızı, İddiaçı1 və X14 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakından onlara çatası payı qəbul etməmişlər. Miras əmlakı faktiki idarə etməyə başlamamışlar. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlar. Məhkəməyə təqdim edilmiş 2V-716 nömrə ilə qeyd edilmiş Qanun üzrə X12 Şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Göyçay şəhəri Vaqif küçəsi ev 65 ünvanda yerləşən 0.048 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 191.8 kv.m, o cümlədən yaşayış sahəsi 139 kv.m olan 4 otaqlı yaşayış evini tam pay olaraq Cavabdeh qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, Göyçay şəhəri Vaqif küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinin subyekti Cavabdehdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 191.8 kv.m, yardımçı sahəsi 52.8 kv.m olan 4 otaqlıfərdi yaşayış evi və 0.048 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X3 miras qalmış, mərhum X5 oğlu İddiaçı1 xx.xx.2012-ci il tarixdə notarial qaydada ərizə təqdim edərək X3 qalmış miras əmlakından ona çatası payı qəbul etmədəyini və buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. X3 qalmış miras qalmış Göyçay şəhəri Vaqif küçəsi ev 65 ünvanda yerləşən fərdi yaşayış evinə dair X12 şəhadətnaməni Cavabdeh xx.xx.2019-cu il tarixdə almışdır. İddiaçı1 qeyd edilən fərdi yaşayış evinə dair çıxarış etibarsız hesab edilməsini və mülkin əvvəlki vəziyyətə qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ünvan 1 fərdi yaşayış evinə daxil olması üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılmasını tələb edir. Ona görə ki, hazırda ilkin iddia üzrə İddiaçı1 yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ilə qanşuluqda yerləşən Cavabdeh mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evi ilə arada olan hasarı sökmüş, həmin evləri bir həyət halında birləşdirərək Cavabdeh həmin fərdi yaşayış vinə daxil olmasına və istifadə etməsinə maneəçilik törədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçı Əliyev X13 şəhəri Vaqif küçəsi 65 ünvanda yerləşən həyətyani torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair çıxarışın etibarsız hesab edilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 evdən istifadə etməsinə və həmin fərdi yaşayış evinə girişinə maneəçilik törətməsi Cavabdeh qeyd edilən mülkiyyət üzərində hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.048 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdeh İddiaçı1 tərəfindən yaradılan maneə aradan qaldırılmalı, Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə sərbəst girişi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. İddiaçı1 Göyçay şəhəri Vaqif küçəsi 65 ünvanda yerləşən həyətyani torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair çıxarışın etibarsız hesab edilməsi və miras qalmış mülkin əvvəlki vəziyyətinə qaytarılmasına dair tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.048 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdeh İddiaçı1 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə sərbəst girişi təmin edilsin. Qətnamənin qarşılıqlı iddiaya aid hissəsinin icra edilməsi Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar