Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1907/2022 15.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan AR Göyçay rayon Potu Bələdiyyəsi (VÖEN**********) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1625.79 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Göyçay rayon Potu Bələdiyyəsinin sədri Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1985-ci il, doğulduğu yer Azərbaycan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəmə baxışında ərizəni müdafiə edərək bildirmişdir ki, vergi ödəyicisi olan AR Göyçay rayon Potu Bələdiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 1625.79 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəcisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu AR Göyçay rayon Potu Bələdiyyəsinin sədri Maraqlı şəxsdur. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqi şəxs barədə məlumata əsasən AR Göyçay rayon Potu Bələdiyyəsi sədri Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yaşayan Maraqlı şəxsdur. AR Göyçay rayon Potu Bələdiyyəsi (VÖEN**********) Şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətinə əsasən xx.xx.2022-ci il tarixə 1625.79 manat məbləğində vergi borcu vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Vergi borcunun ödənilməsinə dair Göyçay rayon Potu Bələdiyyəsinin sədri Maraqlı şəxs ünvanlandırılmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcu və həmin borcun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirləri görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin birinci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməməsi məhkəmə iclasında sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün rəhbəri olan hazırki iş üzrə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Göyçay rayon Potu Bələdiyyəsinin sədri Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1985-ci il, doğulduğu yer Azərbaycan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Azərbaycan Respublikası MPM-in 355-7.4-cü maddəsinə əsasən qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayətinin verilməsi onun icrasını dayandırmır. Hakim İbrahim Fəttahov İş 2 (046)-2304/2018 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Göyçay Rayon Məhkəməsi 08 noyabr 2018-ci il Göyçay şəhəri X4 Arif oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə saat 12:55-də açıq məhkəmə baxışı iclasında baxılır. Sədrlik edən məhkəmə baxışı iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Sədrlik edən məhkəmə bildirişinin ərizəçiyə çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkünlüyü barədə proses iştirakçısının fikrini soruşur. Proses iştirakçısı: maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmirəm. Sədrlik edən yerində qısa müşavirə edib qərara alır: Maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclası keçirilsin. Sədrlik edən məhkəmə iclasına gəlmiş proses iştirakçısının şəxsiyyətini müəyyən edir, səlahiyyətini yoxlayır. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2: xx.xx.1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, MİK-12, ev 7, mənzil 40-da qeydiyyatda olan və yaşayan. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Sədrlik edir- X4 Arif oğlu, məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızı. Sədrlik edən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını, həmin etirazın edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19 və 20-ci maddələrində nəzərdə tutulmuş əsasları proses iştirakçısına izah edir və etirazının olubolmamasını aydınlaşdırır. Etiraz daxil olmadı. Sədrlik edən iclas iştirakçısına onun Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edir və aydın olub-olmamasını soruşur. Proses iştirakçısı: hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən proses iştirakçısının bütün sübutları təqdim edib-etməməsini və vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Əlavə və vəsatət daxil olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının başlandığını elan edir, iddia ərizəsini oxuyur və proses iştirakçısının iddiaya dair mülahizəsini aydınlaşdırır. Proses iştirakçısı: Ərizənin təmin olunmasını məhkəmədən xahiş edirəm. Sədrlik proses iştirakçısına iddia ərizəsi ilə bağlı izahat verməyi təklif edir. Proses iştirakçısının izahatı: Ərizəni müdafiə edirəm. Vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 5124,68 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəcisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli **********69900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Suallar olmadı. Sədrlik edən proses iştirakçısının mülahizələrini nəzərə alaraq sübutların tədqiq olunmasının ardıcıllığını müəyyən edir. Proses iştirakçısı: Sübutların tədqiq olunmasının ardıcıllığı iş materialların elan olunması ilə qurtarsın. Sədrlik edən yerində müşavirə edib qərara alır : Sübutların tədqiq olunmasının ardıcıllığı iş materialların elan olunması ilə qurtarsın. Sədrlik edən iş materiallarını elan edir, sənədlər hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirilir. Elan olunmuş iş materiallarına proses iştirakçısının etiraz və əlavələri daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsdən onun məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiyini soruşur. Proses iştirakçısı: əlavəm və vəsatətim yoxdur. Sədrlik edən məhkəmə çıxışlarına keçdiyini elan edir, çıxış üçün sözü proses iştirakçısına verir. Proses iştirakçısının çıxışı: məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının bitdiyini bildirir. Sədrlik edən çıxışla əlaqədar proses iştirakçısından replika hüququndan istifadə etmək hüququnun olduğunu bildirir. Replika daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qətnamə elan edilir. Qətnamənin məzmunu, ondan apellyasiya qaydasında şikayət vermə müddəti və qaydası, eyni zamanda məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqları izah olunur. Məhkəmə iclası saat 13:00-da bağlı elan olunur. Protokol 08 noyabr 2018-ci tarixdə tərtib edildi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(046)-1907/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1907/2022
15.09.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver