Məhkəmə qərarları › İş №2(046)-1926/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1926/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1926/2023 14.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 1887 manat pulun, Cavabdeh2 Mzəffər oğlundan 200 manat pulun alınaraq ona verilməsi, 300 manat məhkəmə xərcinin və dövlət risumu kimi ödənilmiş 41 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq oan verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun tanışdır. Həsrətə “E” kateqoriyası ilə bağlı sürücülük vəsiqəsi almağını bildirmiş, Həsrət ona yaxın dostu Cavabdeh2 Bakı şəhər BDYP idarəsində bu cür işlərin həlli ilə məşğul olduğunu bildirmişdir. Ona inaraq Milliön ödəniş terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 600 (altı yüz),xx.xx.2022-ci il tarixdə 500 (beş yüz),xx.xx.2022-ci il tarixdə 177 (yüz yetmiş yeddi) və 165 (yüz altmış beş) manat civarında pulu Həsrətin adına olan 4098 5844 5866 5476 nömrəli Leobank kart hesabına köçürmüşdür. Göndərdiyi pulları aldıqdan sonra, Həsrət onun mobil telefonuna zəng edib Bakı şəhərinə gələndə 2000 manat pul gətirməmiyini, həmin pulun işini düzəldən rəisə çatacağını bildirmişdir. Bundan başqa BDYP idarəsində növbə qeydiyyatına durmaq üçün 145 manat pul göndərməyini bildirmiş və həmin pulu Həsrətə göndərmişdir.xx.xx.2022-ci il tarixdə Həsrət maşını sərxoş vəziyyətdə idarə edərkən saxlandığı üçün, ona zəng edib 300 manat borc qismində pul göndərməyini xahiş etmiş, həmin məbləği ona göndərmiş, Həsrətə cəmi 1887 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə 2000 manat borc pul taparaq, imtahan vermək məqsədi ilə Bakı şəhərinə BDYP idarəsinə getmiş, İnzibati binanın həyətində onu Həsrətlə birlikdə Cavabdeh2 qarşılamışlar. Həsrətin yanında 2000 manat pulu Eldara vermişdir. Eldar pulu məndən aldıqdan sonra idarəyə daxil olmuş və geri qayıtdıqdan sonra, Eldar ona məsələni hə etdiyini bildirmişdir. Həsrət və Eldar çörək yemək adı ilə ondan əlavə 100 manat pul alaraq idarənin həyətindən uzaqlaşmışlar. İmtahan otağına daxil olan zaman,idarənin əməkdaşı ona sürücülük vəsiqəsini 2021-ci ildə aldığı üçün,qanunvericiliyə əsasən 3 il müddətinə qədər sən sürücülük vəsiqəsi ala bilmədiyini bildirmişdir Eldardan pulunu geri istəyən zaman Eldar sürücülük vəsiqəsinin tarixini dəyişdirib 2018-ci ilə yazdıracağını bildirmişdir. Daha sonra Eldar onun kartına 1900 manat göndərmiş, 200 manat qalmışdır. Bu işlə bağlı Bakı şəhərinə hər dəfə gedib gəlməklə 300 manatdan çox pul xərcləmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı qismən müdafiə edərək göstərmişdir ki, məhkəməyə müraciət etdikdən sonra Cavabdeh2 ondan aldığı puldan ödədiyini xatırlamışdır. Cavabdeh2 hazırda ona 55 manat, Cavabdeh1 1887 manat borcu vardır. Buna görə də iddianın müdafiə etdiyi həddə təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi (anası) Nümayəndə iddianı qəbul edərək göstərmişdir ki, cavabdeh iddiaçıdan aldığı 1887 manat pulu ödəyəcəkdir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 ilə telefon vasitəsi ilə əlaqə saxlanılan zaman, bildirmişdir ki, İddiaçı 2000 manat pul almışdır. Lakin həmin pulu qaytarmışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş DVD disk-də olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 1887 manat pul göndərilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh1 1887 manat pul göndərimiş, cavabdeh həmin qaytarmamış, digər Cavabdeh2 2100 manat pul vermiş, həmin pulu Cavabdeh2 qismən iddiaçıya qaytarmış, 55 manat qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məxsus 1887 manat pul Cavabdeh1, 55 manat isə Cavabdeh2 qanunsuz sahibliyində olması müəyyyən edilmişdir. Eləcə də İddiaçı 300 manat məhkəmə xərcinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh1 dən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1887 manat, Cavabdeh2 55manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1887 manat, Cavabdeh2 55manat pul alınaraq İddiaçı verilsin. 41 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar