Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1947/2022 20.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1200 manatın və 32 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehlərə qarşı birbiri ilə əlaqədar olmayan tələbi birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı cavabdehlərə qarşı hər bir tələb üzrə ayrıca şəkildə iddia qaldırmaq hüququ təkrarən izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respulikası MPM-nin 149.3, 152.1.1., 152.1.7, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Cavabdehlərə qarşı ayrıca şəkildə iddia qaldırmaq hüququ İddiaçı izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1947/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1947/2022
20.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver