Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1973/2025 07.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində 368.75 (üç yüz altmış səkkiz manat yetmiş beş qəpik) məbləğində maddi zərərin bank krediti üzrə faiz və komissiya xərclərini və həmçinin dövlət rüsumu olan 30 (otuz) manatı cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilmiş, iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilmişdir. İşi məhkəmədə baxılmağa hazırlamaq qaydasında Azərbaycan Respublikası MPM-nin 167ci maddəsində nəzərdə tutulmuş zəruri hərəkətlər edilmişdir. Eyni tərəflər arasında Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)-1469/2025 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3900 manat pulun və 59 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yerə barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, İddiaçı pul götürmüş, həmin pulu İddiaçı ona borc kimi deyil faiz pulu kimi vermişdir. Borc məbləğini qismən qəbul edir. İddiaçı pulu ona qaytarmayacağı halda ailəsi ilə hədə-qorxu gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə,ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də mənkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli mülki işlər olduğundan bu işlərin birləşdirilməsi məqsədə müvafiqdir. Bu məqsədlə ilkin olaraq icraata qəbul edilmiş hazırki mülki işə Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)-1469/2025 saylı mülki işə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 171, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(046)-1973/2025 saylı mülki iş Göyçay Rayon Məhkəməsinin icraatında olan digər İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair 2(046)-1469/2025 saylı mülki işə bir icraatda birləşdirilsin. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1973/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1973/2025
07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver