Məhkəmə qərarları › İş №2(046)-2002/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2002/2021

22.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2002/2021 22.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızına, Cavabdeh5 və Cavabdeh6nə qarşı «subyektlər siyahısının qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızına, Cavabdeh5 və Cavabdeh6nə qarşı «subyektlər siyahısının qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 dalanın, 3 saylı ünvanında yerləşən 635.46 m2 torpaq sahəsinə dair tərtib edilmiş subyektlər siyahısının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızı və Cavabdeh5 münasibətdə etibarsız hesab edilməsi barədə qətnamı çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 qanuni istifadəsində ünvan 2 ünvanında 1288.9 m2 torpaq sahəsi olmuşdur. Göyçay rayon XDS İcraiyyə komitəsinin 18 yanvar 1991-ci il tarixli qərarı ilə sözügedən torpaq sahəsinin 300 m2 hissəsi X13in razılığı ilə qardaşı Mehman Mirzəliyevə fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış və sonuncu lahiyə üzrə ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. X13 30.10.1995-ci il tarixdə vəfat etdikdən sonra, X14 digər qardaş və bacıları ilə birlikdə Göyçay şəhəri Əhməd Cavad küçəsi D 2, ev 3 ünvanında yaşamışdır. Hazırki iş üzrə Cavabdeh1 1990-cı ildə Göyçay rayonu Kürd kəndi ərazisindən torpaq sahəsi alaraq fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə həmin evə köçərək, 1990-cı ildən inşa etdiyi evdə yaşamağa başlamışdır. Bundan sonra, o, Göyçay şəhəri Əhməd Cavad küçəsi D 2, ev 3 ünvanında ailə üzvləri ilə, eləcə də anası Məkkə Hümbətova ilə yaşamağa davam etmişdir. X14 04.12.2008-ci il tarixdə vəfat etmişdir. 16 iyul 1996-ci il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Göyçay şəhər ərazisində islahat aparılmış, vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Sözügedən qanunun tələblərinə uyğun olaraq Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarına əsasən ailə başçısı kimi X3 və ailə üzvlərinin mülkiyyətinə 635.46 m2 torpaq sahəsi verilmiş və bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. X11 və X14dan miras qalmış fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün müvafiq sənədlərlə qeydiyyat orqanına müraciət edilmiş, sənədləri araşdıran qeydiyyat orqanı pay almaq hüququ olan subyektlər siyahısında olan şəxslərin şəxsiyyət vəsiqəsini tələb etmiş, bu zaman məlum olmuşdur ki, subyektlərin sıyahısı tərtib edilərkən 16 iyul 1996-cı il tarixədək, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi günədək ünvan 4 ünvanda yaşamayan cavabdehlərin adları həmin siyahıya daxil edilmişdir. İstinad olunan qanun normasının mənasından görünür ki, yalnız islahatın predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə bu qanun qüvvəyə mindiyi günədək yaşayan şəxslərin özəlləşdirilən torpaqlardan pay almaq hüququ təsbit edilmişdir. İşin faktiki hallarından görünür ki, subyektlərin siyahısı tərtib edilərkən qanunun tələbləri pozulmuş, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək Göyçay şəhəri ərazisində yaşamayan, başqa sözlə desək islahatın predmeti olan 635.46 m2 torpaq sahəsinin yerləşdiyi Göyçay şəhəri Əhməd Cavad küçəsi D 2, ev 3 ünvanda qeydiyyatda olmayan cavabdehlərin adları subyektlərin siyahısına daxil edilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, rayon ərazisində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, odur ki, işə onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Göyçay şəhəri Əhməd Cavad küçəsi D 2, ev 3 ünvanında atası Cavabdeh1 və ailə üzvləri təxminən 1990-cı ildən Göyçay rayonu Kürd kəndində fərdi yaşayış evi inşa etdikdən sonra köçmüş və həmin evlə heç bir əlaqəsi qalmamışdır. Hansı səbəbdən Göyçay şəhəri Əhməd Cavad küçəsi D 2, ev 3 ünvanında yerləşən torpaq sahəsinə dair subyektlər siyahısı tərtib edilərkən onun və ailə üzvlərinin adlarının salınmasını bilmir. Yuxarıda qeyd etdiyi kimi o və ailə üzvləri 1990-cı ildən hazırki vaxtda kimi ünvan 5 ünvanında yerləşən evlə heç bir əlaqələri yoxdur. Buna görə də iddia tələbinin ona münasibətdə təmin edilməsinə etiraz etmir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 20.12.2010-cu il tarixdə 3124 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 nömrəli qərarı ilə X6 ünvan 6 dalanın, 3 saylı ünvanında yerləşən 635.45 m2 torpaq sahəsi mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 16 saylı Ərazi İdarəsinin 01 oktyabr 2021-ci il tarixli **********84 nömrəli məktubundan görünür ki, Göyçay şəhəri üzrə torpaq payı almaq hüququ olan siyahının (DBF) 4473-cü qrafasında X3, İddiaçı, X2, Cavabdeh1 Hümbət oğlunun, X4, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Hümay Fazil qızının və Mirzəliyev (Mirzəli) Məhəmməd Fazil oğlunun adları qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 15 oktyabr 2021-ci il tarixli 018-16398-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 04.10.2005-ci ildən 13.06.2006-cı il tarixədək ünvan 7 ünvanında, 13.06.2006-cı il tarixdən hazıradək Göyçay rayonu, Kürd kəndində, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2 09.02.1987-ci il tarixdən 19.10.2005-ci il tarixədək Göyçay şəhəri, Nərimanov küçəsi 19a, 19.10.2005-ci il tarixdən 13.06.2006-cı il tarixədək ünvan 9 ünvanında, 13.06.2006-cı il tarixdən hazıradək isə Göyçay rayonu, Kürd kəndində, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 09.06.1999-cu tarixdən 19.10.2005-ci il tarixədək Göyçay şəhəri, Nərmanov küçəsi 19a, 19.10.2005-ci il tarixdən hazıradək Göyçay rayonu, Kürd kəndində, xx.xx.1987-ci il təvəllüdlü X7 19.05.2004-cü il tarixdən hazıradək Göyçay rayonu, Kürd kəndində, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh5 Fəzail oğlu 25.01.2012-ci il tarixdən hazıradək Göyçay rayonu, Kürd kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Vətəndaş Cavabdeh1 və X5 şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilənədək ölkə ərazisndə yaşayış yeri üzrə qeydiyyatları barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum Məkkə Mirzəliyevanın və ailə üzvlərinin mülkiyyətinə Göyçay şəhəri ərazisindən 635.45 m2 torpaq sahəsi ayrılmış və bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Göyçay şəhəri üzrə torpaq payı almaq hüququ olan şəxslər barədə siyahı tərtib edilərkən, subyektlər sıyahısında ünvan 11 ünvanında yaşamayan hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızının və Cavabdeh5 adları qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, subyektlər siyahısı tərtib edilərkən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızı və Mirzəliyev (Mirzəli) X9 şəhəri, Ə.Cavad küçəsi D 2, ev 3 ünvanında yaşamamışlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalımüəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. İstinad olunan qanun normasının mənasından görünür ki, yalnız islahatın predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə (ünvanda) bu qanun qüvvəyə mindiyi günədək yaşayan şəxslərin özəlləşdirilən torpaqlardan pay almaq hüququ təsbit edilmişdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 dalanın, 3 saylı ünvanında yerləşən 635.46 m2 torpaq sahəsinə dair tərtib edilmiş subyektlər siyahısının 4473 qrafada adları qeyd edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızı və Cavabdeh5 münasibətdə etibarsız hesab edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 dalanın, 3 saylı ünvanında yerləşən 635.46 m2 torpaq sahəsinə dair tərtib edilmiş subyektlər siyahısının 4473 qrafada adları qeyd edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Mirzəliyeva) Humay Fazil qızı və Mirzəliyev (Mirzəli) Məhəmməd Fazil oğluna münasibətdə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar