Məhkəmə qərarları › İş №2(046)-2031/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2031/2025

15.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2031/2025 15.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 17298,39 manat, İşsizlikdən Sığorta Fonduna olan 941,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 848,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Göyçay rayon Bığır kənd bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyiciləri olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,46 manat, Göyçay rayon Bığır Bələdiyyəsinin (VÖEN: **********) işsizlikdən Sığorta Fonduna 941,87 manat, Dövlət Sosial Müdafiə Fonduna 17298,39 manat, İcbari Tibbi Sığorta Fonduna 847,96 manat olmaqla, ümumilikdə 19088,68 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********121900, xx.xx.2025-ci il tarixli **********569300, xx.xx.2025-ci il tarixli **********102000, xx.xx.2025-ci il tarixli **********255300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat versə də, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPMin) 355-7.2-ci maddəsinə əsasən işə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********121900, xx.xx.2025-ci il tarixli **********569300, xx.xx.2025-ci il tarixli **********102000, xx.xx.2025-ci il tarixli **********255300 nömrəli bildirişlərin surətlərindən görünür ki, icbari tibbi sığorta haqqları üzrə xx.xx.2022-ci il tarixinə ümumilikdə 39.87, işsizlikdən sığorta haqqı üzrə xx.xx.2025-ciil tarixinə ümumilikdə 987.74 manat, muzdlu-qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə xx.xx.2025-ci il tarixinə ümumilikdə 18.380,63 manat və icbari tibbi sığorta haqqları üzrə xx.xx.2025-ci il tarixinə ümumilikdə 1025.23 manat borcu 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. MPM-in 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, hüquqi şəxs Göyçay rayon Bığır kənd bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirmədiyindən, dövlət büdcəsinə yaranmış ümumilikdə 19088,68 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxs Göyçay rayon Bığır kənd bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-5-355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Hüquqi şəxs Göyçay rayon Bığır kənd bələdiyyəsinin rəhbəri olan xx.xx.1957-ci il tarixdə Göyçay rayon Bığır kəndində doğulmuş, Göyçay rayon Bığır kəndində yaşayan (AA******* saylı) xx.xx.2023-cü il tarixli şəxsiyyət vasiqəsinin sahibi Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar