Məhkəmə qərarları › İş №2(046)-2032/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2032/2025

18.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2032/2025 18.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 2486,79 manat, işsizlikdən Sığorta Fonduna olan 6,04 manat, İcbari Tibbi Sığorta Fonduna olan 99,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Göyçay rayon Yeniarx kənd bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Göyçay rayon Yeniarx Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 99,63 manat, işsizlikdən sığorta fonduna 6,04 manat, Dövlət Sosial Müdafiə Fonduna 2486,79 manat olmaqla, ümumilikdə 2592,46 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********281700, xx.xx.2025-ci il tarixli **********544400, xx.xx.2025-ci il tarixli **********767200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi ərizəni müdafiə edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Maraqlı şəxs izahat verərək göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeyd olunan borc məbləği ilə razıdır. Borcunun olmasından məlumatı vardır. Ölkədən getmək huququnun məhdudlaşdırılmasını istəmir. Belə ki, 10 gün ərzində büdcəyə maliyyə vəsaiti yükləndikdən sonra həmin borcu ödəmək iqtidarında olacaqdır. Hal-hazırda həmin vəsaiti ödəyə bilmir. Məhkəmə ərizəyə baxılması barədə işdə Maraqlı şəxs məlumat versə də, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPMin) 355-7.2-ci maddəsinə əsasən işə maraqlı olan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********281700, xx.xx.2025-ci il tarixli **********544400, xx.xx.2025-ci il tarixli **********767200 nömrəli bildirişlərin surətlərindən görünür ki, işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixinə ümumilikdə 16.58 manat, muzdlu-qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixinə ümumilikdə 3001 manat, icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixinə ümumilikdə 188.23 manat borcu 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. MPM-in 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, hüquqi şəxs Göyçay rayon Yeniarx kənd bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirmədiyindən, dövlət büdcəsinə yaranmış ümumilikdə 2592,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxs Göyçay rayon Yeniarx kənd bələdiyyəsinin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-5-355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Hüquqi şəxs Göyçay rayon Yeniarx kənd bələdiyyəsinin rəhbəri olan xx.xx.1987-ci il tarixdə Göyçay rayon Xəlitli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayon Xəlitli kəndində yaşayan (AZE 13954845 saylı) xx.xx.2013-cü il tarixli şəxsiyyət vasiqəsinin sahibi Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar