Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2076/2025 27.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Məmmədova Sevı̇ nc Əlı̇ məmməd qızının cavabdeh İsmayılov Zı̇ ya Məhəmməd oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə onu qonşusu Firəngiz tanış etmiş, münasibətləri normal olmuşdur. Cavabdeh ondan müxtəlif vaxtlarda borc pul istəmişdir. Belə ki, o, cavabdehə xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və daha sonra əlavə 1000 manat borc olaraq pul vermişdir. O, cavabdehə ümumi olaraq 5000 manat borc pul vermişdir. Həmin borcu hələ də qaytarmamışdır. Məcburiyyət qarşısında qalıb cavabdeh borcu qaytarmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh borc vermiş olduğu pulun və dövlət rüsumu kimi ödəmiş olduğu məbləğin alınıb ona geri qaytarılmasını istəyir. Cavabdeh İsmayılov Zı̇ ya Məhəmməd oğlu iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı ona qarşı pul tələbi ilə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək müxtəlif vaxtlarda yəni xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və daha sonra əlavə 1000 manat borc olaraq pul verdiyini göstərmişdir. Göstərilənlər hamısı yalandır və əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Belə ki İddiaçı qızı Vüsalə çaxır şərabı satışı ilə məşqul olurdu. O da əvvəllər Bərdə rayonunda firmada işləyirdi. Müxtəlif qarışıq malların satışı ilə məşğul olurdu. İşi ilə əlaqədar olaraq müxtəlif rayonlara malların satışı ilə bağlı gedib gəlirdi. O, bir gün Mingəçevir şəhərində mağazaların birində olarkən İddiaçı ona yaxınlaşaraq qızı Vüsalənin evdə çaxır şərabı düzəltdiyini və ucuz qiymətə satdığını dedi. o da onunla razılşaraq müxtəlif vaxtlarda İddiaçı qızı Vüsalədən çaxır şərabı aldı və malları satdıqcada pullarını ödədi. Onun İddiaçı 350 manat borcu qalmışdır. Onuda şəxsən İddiaçı hissə hissə ödəyəcəyini demişdir. İstər sənəd üzərində istərsədə aralarında olan hər hansısa bır razılaşma üzərində onun iddiaçıya borcu yoxdur. İddiaçı şikayəti əsasında Mingəçevir şəhər polis idarəsindən ona zəng gəldi. O, polis əməkdaşından məsələnin nə olmasını soruşdu və ona bildirdilər ki, guya onun iddiaçıya borcu var. O da telefonda polis əməkdaşına İddiaçı borcunun olmamasını bildirdi və daha sonra onu polis şöbəsinə dəvət etmədilər. Göründüyü kimi İddiaçı ona qarşı heç bir əsaslı sübutlar olmadan iddia qaldırmışdır. Odur ki, məhkəmədən İddiaçı ona qarşı qaldırdığı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialların əlavə edilmiş: Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Məmmədova X1 şəhəri, 2-ci Təbriz döngəsi, ev 33-də qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatların məhkəmə orqanları səlahiyyətlərinə aid olduğu, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. CD diskdə olan səs yazısında Cavabdeh borcunun olduğunu və qaytaracağını bildirmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Məmmədova X1 şəhər polis şöbəsinə müraciət edərək 5000 manat pulu borc olaraq Cavabdeh verməsini, lakin həmin şəxsin borcunu geri qaytarmamasını, borcun qaytarılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı: İddiaçı Cavabdeh şifahi razılaşma əsasında borca pul vermişdir. Cavabdeh borclu olduğu pulu geri qaytarmamışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında pul borcu ilə bağlı şifahi razılaşma olmuşdur. Məhkəmə iclasında İddiaçı Cavabdeh 5000 (beş min) borcunun olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısında cavabdeh borcunun olduğunu etiraf etsə də, məbləği ilə bağlı hər hansı etirafedici məlumat verməmişdir. Eyni zamanda iddia ərizəsinə etirazda Cavabdeh İddiaçı 350 manat borcunun olduğunu etiraf etmişdir. AR MPM 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisə üzrə İddiaçı Cavabdeh ona 5000 manat borcunun olduğunu sübut edə bilməmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 350 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 4.90 (dörd manat doxsan qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 350 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 4.90 (dörd manat doxsan qəpik) məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova