Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2078/2024 17.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan X1 və X2 Göyçay rayonu, Qarayazı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 145.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkCavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ”Kapital Bank” ASC-yə məxsus Göyçay rayonu, Qarayazı kəndində 1 mərtəbəli, 3 otaqlı, 145.9 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC Bankı tələbi belə əsaslandırmışdır ki, İddiaçı ASC hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Göyçay rayonu, Qarayazı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 145.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etmişdir. (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış). Hal-hazırda cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus fərdi yaşayış evindən istifadəsi və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirik ki, cavabdehlər bankın mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalı və istifadə hüquqlarına xitam verilməlidir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2012-ci il tarixli çıxarışından görünür ki, Göyçay rayonu Qarayazı kəndində 0.2974 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 66.5 kv.m yaşayış, 79.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASCnin xüsusi mülkiyyətindədir. Təqdim edilmiş sübutlardan görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 İddiaçı ASC mülkiyyətində olan Göyçay rayonu Qarayazı kəndində 0.2974 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 66.5 kv.m yaşayış, 79.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən istifadə etməklə iddiaçının mülkiyyət üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını pozurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Göyçay rayonu Qarayazı kəndində 0.2974 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 66.5 kv.m yaşayış, 79.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362- ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Göyçay rayonu Qarayazı kəndində 0.2974 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 66.5 kv.m yaşayış, 79.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilsin. 100 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2078/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2078/2024
17.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver