Məhkəmə qərarları › İş №2(046)-237/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-237/2023

22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-237/2023 22.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqress hüququ əsasında 1500 manat borcun və 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Azərbaycancan Beynəlxalq Bankı Ağdaş filialı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh götürdüyü kredit məbləğinə zamin olmuşdur. Ancaq cavabdeh banka borcunu ödəməmişdir. Cavabdehin özü işlədiyi halda dəfələrlə maddi vəziyyətinin ağır olduğunu, aldığı borcunu özünün ödəməsini bildirsə də borcunu ödəyəcəyi barədə yalan vədlər verərək onu aldatmışdır. Cavabdeh borcunu ödəmədiyi üçün də bank tərəfindən cavabdehin banka olan borcunun xeyrinə təqaüdündən 1500 manat məbləğində pııl tutulmuşdur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli № BPM**********05 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh 48 ay müddətinə 4000 manat kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli № BPM**********05 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kreditin təminatı kimi İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC-nin xeyrinə borclu İddiaçı tərəfindən zamin qismində 831.39 manat ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən 831.39 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə AtaBank ASC-nə ödənilmiş 831.39 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun, 30 manatı Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 831.39 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 831.39 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar