Məhkəmə qərarları › İş №2(046)-2378/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2378/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2378/2025 25.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Cəmaləddin oğlundan 22.600 manat pulun və 157.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon X6 Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 icraatında olmuş HK-1/351 nömrəli material üzrə araşdırma aparılmış qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 müraciəti ətrafında toplanmış materialda heç bir cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 və İddiaçı qızma tələbləri mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, qərarın surəti maraqlı tərəflərə göndərilməklə, qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilmiş, qərarın surəti İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilmiş və toplanmış materiallar Göyçay rayon Polis Şöbəsinin arxivində saxlanılmışdır. Bundan əvvəl isə Göyçay rayon X6 Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 icraatında olmuş HK- 1/351 nömrəli material üzrə araşdırma aparılmış, 21 fevral 2025ci il tarixli qərara əsasən, X1 müraciəti ətrafında toplanmış materialda heç bir cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tapılması məqsədilə toplanmış material qəbul edilmiş qərarla birlikdə Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə göndərilmiş, araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilmiş və toplanmış materiallar Göyçay rayon Polis Şöbəsinin arxivində saxlanılmışdır. Qərarda göstərilmişdir ki, “təhqiqat zamanı Göyçay RPŞ-nin CAB-ına əməliyyat tapşırığı göndərilsə də, onun faktiki olduğu ünvan müəyyən edilməmişdir. Təhqiqat zamanı hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Araşdırma zamanı ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olması, hansı İMEİ kodlu telefonda işləməsi, həmin İMEİ kodlu mobil telefonun qeyd edilən tarixlərdə hansı ünvanda aktiv olması, həmin İMEİ kodlu telefonda hazırda hansı mobil nömrələrin aktiv olması, həmin mobil nömrələrin kimə məxsus olması, daxil olan və çıxan zəngləri müəyyənləşdirmək məqdəsilə DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsinə sorğu verilmişdir. Toplanmış materialdan göründüyü kimi, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən yaşadığı evdən çıxaraq naməlum istiqamətə getmiş və bir daha geri qayıtmamışdır. Beləliklə, X1 müraciəti ətrafında toplanmış materialda heç bir cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin, onun tapılması məqsədilə toplanmış material qəbul edilmiş qərarla birlikdə Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə göndərilməlidir. Qərarın surəti X2 göndərilməklə, qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilməlidir”. Belə ki, 2023-cü ilin təxminən sentyabr-oktyabr aylarında cavabdeh Səfa Abbsov ona qarşı hədə-qorxu gələrək və şantaj yolu ilə ailsinə məxsus 22600 manat pulu müxtəlif vaxtlarda müxtəlif yollarla (“Kapital Bank” Göyçay filialından 1700 manat kredit götürməklə, “Azərbaycan Beynəlxalq Bankının Göyçay rayon filialından 3500 manat kredit götürməklə və sair yollarla) pulları ələ keçirməklə bir sıra cinayətlər etmişdir. (Cavabdeh səs yazıları, “WhatsApp” yazışmaları, bank sənədləri, şahid ifadələri və sairə iddia ərizəsinə əlavə olunur). Bundan başqa Cavabdeh 2023-cü ildən bu günə kimi müxtəlif vaxtlarda məndən hissə-hissə olmaqla 20000-25000 manat məbləğində borca pul almış. Əlavə olaraq, Cavabdeh müxtəlif vaxtlarda qızıl-zinyət əşyalarını götürüb lombardalara qoymuş və əvəzinə pul götürmüşdür. Sonuncu dəfə 15 qram qızıl-zinyət əşyalarını Bakı şəhərində yerləşən lombarda qoyduğu üçün və pulunun cavabdeh tərəfindən ödənilməməsi səbəbindən batmışdır. xx.xx.2025-cü il tarixdə evdən çıxarkən özü ilə evdən 2000 manat pul götürməmiş, 2000 manat pulu hissə-hissə olmaqla bank kredit borclarına və Cavabdeh hissə-hissə borca pul vermişdir. Eyni zamanda yanvar ayında 300 manat pulu Cavabdeh vermiş ki, həmin pulu aparıb X4 versin. Cavabdeh ona hədə-qorxu gələrək, əgər bu barədə kiməsə bildirəcəyi təqdirdə və həmin pulları ona verməyəcəyi təqdirdə aralarında olan münasibəti hamıya, ərinə və sairə şəxslərə həmin sübutları - “WhatsApp” yazışmalarını və səslərini göndərəcəyi ilə hədələmişdir və Cavabdeh görəndə ki, artıq həmin məbləğlərdən artıq ödəyə bilmir, ödəməyə məcbur etmək məqsədilə həmin “WhatsApp” səsyazmasım xəbərdarlıq kimi oğlu Toğrula göndərmiş və bundan sonra onun cinayəti açılmışdır. Cavabdehin qorxusundan baş götürüb evdən qaçaraq Bakıya qızıgilin evinə getmişdir. Hesab edirik ki, Cavabdeh Cəmaləddin oğlunun əməlində cinayət tərkibi vardır və cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunmalı və ona dəymiş olan maddi ziyan ondan tutularaq ona ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, cavabdeh hədə-qorxu ilə tələb etmə məqsədi ilə arasında 2023-cü ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı onun tərəfindən qeydə alınmış “WhatsApp” yazışmalarının və səslərinin və sairə görüntülərin ərinin istifadəsində olan ***-***-**-** GSM mobil nömrələrin «Whatsapp» proqram təminatına göndərərək həmin sübutları internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələyərək, 2023-cü ilin sentyabr-oktyabr aylarından başlayaraq Göyçay rayonunda “Kapital Bank”ın Göyçay rayon filialından, “Azərbaycan Beynəlxalq Bankının Göyçay rayon filialından və nəğd şəkildə evdən götürdüyüm pulları, cəmisi 22600 manat pulunu alıb həmin «Whatsapp» səsyazmasım onun istifadəsində olan köçürüldüyü yaddaş kartını sonuncuya verərək, zərərçəkmiş kimi bizim əmlakımızı hədə-qorxu ilə ələ keçirmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, etməməsi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəmə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Cəmaləddin oğluna məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi qərardan görünür ki, X1 arvadı İddiaçı Vaqi qızının evdə çıxaraq naməlum istiqamətə getməsi barədə müraciəti əsasında toplanmış materialda heç bir cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Göyçay Rayon PŞ-də Cavabdeh Cəmaləddin oğlu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, İddiaçı qarşı hədə-qorxu gəlməmiş, zor tətbiq etməmişdir. Cavabdeh Cəmalədin oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı 15 qram qızıl götürüb lombarda qoyaraq 830 manat pul götürmüdür. Həmin vaxt qızıl qramı 90 manat olmuşdur. Bundan başqa İddiaçı cəmi 3750 manat borca pul almışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh Cəmaləddin oğlunun ona hədə-qorxu gələrək ondan 22.600 manat pul aldığı iddia edir və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh Cəmaləddin oğluna 22.600 manat pul verdiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Lakin cavabdeh ərizə ilə məhkəmə müraciət edərək iddiaçı İddiaçı məxsus 15 qram qızılı lombarda qoyaraq 830 manat pul götürdüyünü, bundan başqa cəmi 3750 manat borca pul aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı 15 qramı qızılın dəyəri, cavabdehin ərizəsində qızıl dəyəri ilə bağlı etiraf etdiyi hədd ilə qiymətləndirilməli, 15 qram qızılın dəyəri 1 qram qızıl qiyməti 90 manat hesabı ilə hesablanmalıdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus 5100 manat məbləğində pul vəsaiti Cavabdeh Cəmaləddin oğlunun qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 157.80 manat dövlət rüsumunun, iddia tələbi təmin edildiyi həddə nisbətdə, yəni 71 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Cəmaləddin oğlundan 5100 manat borc və 71 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Cəmaləddin oğlundan 5100 manat borc və 71 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar