Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-24/2025 12.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı Qüdrət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Qüdrət qızı iddia ərizəsi ilə müraciət edərək Göyçay rayonu Aqrar İslahat Komissiyasıma OS sentyabr 1997-ci il tarixli, 30 saylı qərarı ilə ona və qardaşına verilmiş 0.36 ha olan həyətyanı torpaq sahəsindən onun payına düşən 0.072 ha torpaq sahəsinin naturada ayrılaraq mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Qüdrət qızının nümayəndəsi (vəkili) Vəkil iddianın predmentinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Aqrar İslahat Komissiyasının OS sentyabr 1997-ci il tarixli. 30 saylı qərarı JN-019A Torpağın Mülkiyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iimumi-birgə Mülkiyyətdə olan. Göyçay rayon Müskürlü kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindəki payların müəyyən edilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qüdrət qızı tələbini belə əsaslandırmış ki, mübahisə olunan torpaq sahəsi 1983-cü il tarixindən istifadəsində olmuşdur. Sözügedən torpaq sahəsi mərhu atası Qüdrətə fərdi yaşayəş evi tikilməsi məqsədilə verilmişdir. Atasının vəfatından sonra Göyçay rayonu X3 1997-ci il 08 sentyabrtarixli 30 saylı qərarı ilə ona və qardaşına ümumi sahəsi 0,36 ha olan həyətyanı torpaq sahəsi kimi verilmidir. Dövlət qeydiyatma JN-019A, KOD 40804048 TMV-nə dair şəhadətnamə asasmda mülkiyyətimizə verilmişdir. 1983-cü il tarixindən mübahisə edilən torpaq üzərində mərhum atası və qardaşı X2 inşa etdikləri fərdi yaşayış evində X4 və ailə üzvləri yaşamış və hazırda da həmin evdə qeydiyyatda olmaqla yaşayirlar. Hazırda ailə qurduğu üçün qardaşı ilə yaşamır. JN - 019A, KOD 40804048 TMV-nə dair şəhadətnaməyə əsasən onun və qardaşı Cavabdeh1 ilə paylı mülkiyyətdədir. Payının naturadan ayrılması və mülkiyyət hüququnun tanınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə bölgünün aparılması ilə bağlı müraciət etdim. Qanuna müfaviq olaraq DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin əməkdaşlar yerində müayinə apararaq ona məxsus olan torpaq sahəsinin yəni 0,072 ha torpaq sahəsinin bölgü planını Hazırlamışıar lakin cavabdehlər həmin bölgü plan planına imza etməkdən imtina etmişlər.Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə cavabdehlərə məhkəmə baxışının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilmiş,lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. İş üzrə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-019A saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu Müskürlü kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsi Muradova (Mirsəliyeva) Yavər Qüdrət qızının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçı öz payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı payların müəyyən edilməsi qarşı payların müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D I: İddia təmin edilsin. İddiaçı Qüdrət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Göyçay rayonu Müskürlü kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.36 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-019A saylı şəhadətnaməyə əsasən Göyçay rayonu Müskürlü kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.36 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/5 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-24/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-24/2025
12.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver